Əsas Səhifə > Güney Press / Ana xəbər > Lerik İcra Hakimiyyətində qalmaqal: İcra başçısı çətin durumda

Lerik İcra Hakimiyyətində qalmaqal: İcra başçısı çətin durumda


28-01-2014, 12:38
Lerik İcra Hakimiyyətində qalmaqal: İcra başçısı çətin durumda
Lerik rayon İcra Hakmiyyətinin başçısı Rövşən Bağırov çətin vəziyyətə düşüb. JAM.AZ-ən əldə etdiyi məlumata görə, icra başçılarının özlərinə qadın müavini gətirmələri kampaniyasına qoşulmaq istəyən Bağırov iki müavininin qəzəbinə tuş gəlib.

Məlumatda deyilir ki, Bağırova qarşı çıxan birinci müavini Cəlil Baxşıyev icra başçısının digər müavini Arzu Vəliməmmədovayla birləşiblər. Bu birləşmənin təzahürü isə mətbuatda özünü göstərməyə başlayıb. Qısa müddətdən sonra Lerikin icra başçısı ilə bağlı ilginc məlumatlar yayılıb. Üstəlik, iş o həddə çatıb ki, Rövşən Bağırovun gördüyü bütün qara işlərlə bağlı kpmpromatlar ayrı-ayrı jurnalistlərin əlinə düşüb.

Həmin məlumatların icra başçısı üçün ciddi başağrı mənbəyi olduğunu bildirən mənbə qeyd edib ki, Cəlil Baxşıyev və Arzu Vəliməmmədovayla bacarmaq artıq müşkülə çevrilib. Üstəlik, həmin məlumatlar üzə çıxacağı təqdirdə Lerikin rəhbəri biabrçı durumlara düşəcək.

Belə bir addımın atılması isə Arzu Vəliməmmədovanın başqa bir qadınla əvəzlənəcəyidir. Üstəlik, yeni gətiriləcək müavin Cəlil Baxşıyevin də səlahiyyətlərinin bir qismini mənimsəyəcək ki, bu da icra başçısının heç bir müavininin ürəyincə deyil.

Geri qayıt