Əsas Səhifə > Güney Press / Manşet > Özünü yandırmağa hazırlaşan sahibkardan Hacı İbrahim Nehrəmliyə daha bir müraciət

Özünü yandırmağa hazırlaşan sahibkardan Hacı İbrahim Nehrəmliyə daha bir müraciət


27-01-2014, 17:41
Özünü yandırmağa hazırlaşan sahibkardan Hacı İbrahim Nehrəmliyə daha bir müraciət
DİA.AZ: - Az əvvəl məlum oldu ki, onu 355 min manat pulunu mənimsəməkdə ittiham edən qazaxlı iş adamı Elşad Məmmədovu məhkəmə verəcəyini bildirən В«AvestaВ» konserninin sahibi Hacı İbrahim Nehrəmli ünvanına səslənən ittihamlarla razılaşmadığın bildirməklə yanaşı, həmçinin öz arqumentlərini də ortaya qoyub.

Bu barədə eksklüziv olaraq DİA.AZ-a açıqlama verən Elşad Məmmədov bildirib ki, artıq Hacı İbrahimin hədələri ilə tanışdır: В«Məni burada maraqlandıran В«Yeni MüsavatВ» qəzetinin və onun baş redaktoru Rauf Arifoğlunun mövqeyidir. Mən bu axşam DİA.AZ portalına və В«Yeni MüsavatВ» qəzetinə mövqeyimdən ibarət bir məqalə yollayacam. Əgər Rauf Arifoğlu tərəfsizdirsə, Hacı İbrahim Nehrəmlinin marağından çıxış etmirsə, o zaman bu məqaləmi dərc etsin.

Hacı İbrhaim Nedhrəmli milyarderdir, onun pulu çoxdur. Rauf Arifoğlu onu yox, haqqı tapdananı müdafiə etsin. 3 dəfə В«Yeni MüsavatВ»a mövqeyimi yollamışam, amma Rauf Arifoğlu tərəf dudğundan mənim mövqeyimə yer verməyib.

Hacı İbrahim deyir ki, mən guya qaçmışam, məni tutub В«banditizmВ»ə gətiriblər. Bunların hamısı ağ yalandır. Hacı adamdır, yalan danışmasın.

Mən bu gün Qazaxda 3 körpəmlə kirayədə yaşayıram. Mən baş prokurordan xahiş edirəm ki, bu olayla, hədə ilə bağlı cinayət işi açsın. Yoxsa, Hacı İbrahim Nehrəmli bir müddət əvvəl ünvanıma yolladığı hədədə dediyi kimi, məni öldürtdürəcək»…

Qarşı tərəfi də dinləməyə hazırıq…


Geri qayıt