Əsas Səhifə > Güney Press / Manşet > Yaşlı icra başçıları görəvdən alınır: İlk addım Xaçmazda atılacaq
Yaşlı icra başçıları görəvdən alınır: İlk addım Xaçmazda atılacaq27-01-2014, 16:44 |
|
DİA.AZ: - 1939-cu ildə Ordubad rayonunda anadan olan Şəmsəddin Xanbabayev bu gün Azərbaycanda bütün icra başçıları arasında ən yaşlı olanıdır. Və bu xəbərimiz də onun qanını qaralda bilər. Belə ki, DİA.AZ-a daxil olan informasiyalara görə, son günlər Daxili İşlər Nazirliyində tətbiq olunan yaş senzi icra strukturlarında da eyni qaydada yürülüyə minə bilər. Məlumatlı mənbələrdən redaksiyamıza verilən xəbərdə qeyd olunur ki, çoxdandır yaş senzi ilə bağlı kadr islahatlarının həyata keçirilməsi barədə qərar verən rəsmi Bakı bu prosesi sürətləndirmək fikrinə düşüb: В«DİN-də başlanan proses icra hakimiyyətlərinə ilk olaraq tətbiq olunacaq. Yəni bu da o deməkdir ki, yaşlı icra başçıları, yaşı 65-in üzərində olan icra başçıları vəzifələrindən alınacaqВ». Qeyd edək ki, hazırda 10-a yaxın icra başçısının yaşının 65-in üzərində olduğu bildirilir. Onların arasında ən yaşlı olanı isə 75 yaşlı Şəmsəddin Xanbabayevdir ki, o, hazırda Xaçmaz rayonuna rəhbərlik edir. Məlumatlara görə, fevral ayının əvvəllərindən məhz bu prinsiplə bir neçə icra başçısının vəzifəsindən alınması nəzərdə tutulur. Geri qayıt |