Əsas Səhifə > Güney Press / Ana xəbər > İntihara hazırlaşan sahibkar Hacı İbrahim Nehrənlini ittiham etdi
İntihara hazırlaşan sahibkar Hacı İbrahim Nehrənlini ittiham etdi27-01-2014, 08:56 |
![]() Azərbaycanlı iş adamı Elşad Məmmədov fvevralın 1-də tanınmıç iş adamı Hacı İbrahim Nehrəmlinin əlindən intihar edəcəyini açıqlayıb. DİA.AZ-a göndərdiyi video müraciətdə iş adamı deyib: "Mən Məmmədov Elşad Tofiq oğlu, Qazax rayon sakiniyəm, Aşağı Əskipara kəndində qeydiyyatdayam.Ailəliyəm üç körpə övladım var, böyük qardaşım Qarabağ qazisidir.Mənim indiyə qədər minə yaxın şikayətim nəticəsiz qalıb.Əlim hər yerdən üzülüb .Prokurorluq, məhkəmələr hamısı sifariş yerinə yetirir.Bu əmrləri Hacı İbrahim Nehrəmli verir.Hansı ki , mənim əlimdə qanuni sənədlərim var.2012-ci ilin fevral ayının 1-də "Avesta" konserninin rəhbəri Hacı İbrahim Nehrəmliyə məxsus olan "Həsən-96" MTK-nın sədri Emil Tağıyevdən (Hacı İbrahimin bacanağı) Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə inşaatçı şirkətlə müqavilə bağlayaraq almışam. Mənim qanuni sənədlərimi ( maliyyə arayışını və kassa mədaxil qəbzini ) var. Hacı İbrahimin mühafizəçisi məni ölümlə hədələyərək "Bandotdel"lə tutduracağını bildirdi. Həmin gündən sonra ailəmin və üç körpə övladımın təhlükəsizliyini təmin etmək üçün Qazax rayonuna köçdüm və kirayələrdə qalmışam. Bu günə qədər minə yaxın şikayət məktublarımın heç bir faydası yoxdur. Milyarder, ilin iş adamı Nehrəmli, özü və anası bir milyonluq Roys-Roysda gəzir, yeddi milyona özünə yaxta alır, qardaşı oğlu Türküyədə üç milyona restoran açır, amma mənim əmlakımı mənimsəyir. Hacı İbrahim Nehrəmlinin bir sözünü iki etməyə heç bir məhkəmənin cürəti çatmır. Mənim 2014-cü il fevral ayının birində saat 16-00 - da Prezident Administrasiyasının qarşısında intihar edəcəyimin səbəbkarları prokurorluq ,16-cı Polis bölməsinin tədqiqatçısı Tərlan Muradov və sifariş yerinə yetirən məhkəmələrdir. Bu hakimlərə bildirirəm ki, Hacı İbrahim Nehrəmli də sonunda Səttar Mehbalıyev kimi deyəcək ki, mənim nə günahım var, məhkəmələr qərar çıxarıb. Axı mənim əlimdə qanuni sənədlər var. Biz vətəndaşları niyə saymırsınız?" Geri qayıt |