Əsas Səhifə > Güney Press / Ana xəbər > Tağı Əhmədov şeir yazsa yaxşıdır, yoxsa elə qatarını sürsün?..

Tağı Əhmədov şeir yazsa yaxşıdır, yoxsa elə qatarını sürsün?..


27-01-2014, 08:25
Tağı Əhmədov şeir yazsa yaxşıdır, yoxsa elə qatarını sürsün?..
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun müxtəlif vaxtlarda özünəməxsus tərzdə “orijinal” fikirləri ilə gündəmə gəlib, ölkə vətəndaşlarına gülünc bəxş etdiyi heç kimə sirr deyil. Əslində burada elə bir qəbahətli iş yoxdur. Bu şəxs qonararsız, filansız xidmət edib güldürməyi bacarır. Problem ondadır ki Tağı Əhmədov ara-sıra deyil, harada gəldi ədəbi mühitə baş vurur. Ətrafdakılara nümayiş etdirmək istəyir ki, o əsl ədibdir. Daha ona abırından dillənib deyən yoxdur ki, siz haradan ədəbiyyatçı oldunuz. Ümumiyyətlə, Tağı Əhmədovun ədəbiyyata aidiyyatı varmı? Guya incə ruhlu, duyğusal Tağı Əhmədovun insanların ruhunu oxşayan şeirləri var və o “şair”dir. Özü də Tağı Sadiq adı altında “şeirlər” yazır. Bəli, bir çoxları bu gün Azərbaycanda şeir yazır, yazdıqları da Biləcəridən o yana çıxmır. O cümlədən, Tağı Əhmədovun yazdığı şeirlər heç kim qəbul edib tanımır. “Azəri star”ın çıxış edən qızlarını, Mələkxanım Əyyubovanı, Cığatel xanımı bir stol arxasına toplayıb meyxana janrında başqa şəxslərə yazdırdığı şeirləri onlara oxumaqla “bərəkallah” ifadələrinə qərq olan şəxslərə şair demək olarmı? Nədən ara-sıra məsləhət aldığı Nəriman Həsənzadə ona demir ki, oğul, sənin ədəbi duyum hissin yoxdur, hələ sənə ilham pərisi gəlməyib. Şair olanın kövrək qəlbi, mədəni tərzdə davranışı olmalıdır, qafiyəni də bilməlidir, bu da səndə yoxdur. Olsaydı, yəqin bu günə qədər KİV nümayəndələri ilə dil tapar, kobud davranmazdın. Odur ki, özünü biabır etmə, bircə bu çatmırdı. Burada isə şair dediyindən bir bənd yerinə düşür:

Şairə ilhamdan maya gərəkdir,
Anasız çocuğa daya gərəkdir,
Şairəm söyləyir, yerindən duran,
Adamın üzündə haya gərəkdir.

Elə bu səbəbdən baş metropolitençi çalışıb qatarlar arasındakı sıxlıq yaradan intervalı tənzimləməlidir.Elə sərnişinlərində narahatçılığı bundandır.

Geri qayıt