Əsas Səhifə > Güney Press / Manşet > `Azəriqaz`da HANSI ÖLKƏNİN QANUNLARI İŞLƏYİR?

`Azəriqaz`da HANSI ÖLKƏNİN QANUNLARI İŞLƏYİR?


11-04-2023, 16:50
`Azəriqaz`da HANSI ÖLKƏNİN QANUNLARI İŞLƏYİR?
DİA.AZ: - "Asəf Kərimov... 2014-cü ildən 02.06.2022-ci ilədək SOCAR Azəriqaz İB-nin Zaqatala RQİİ, Qaz sərfi avadanlıqlarınin istismarı və metrologiya şöbəsinin 15-ci dərəcəli şöbə rəisi vəzifəsində çalışıb". DİA.AZ bildirir ki, bu açıqlama ilə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı çıxış edib.

M.Qəhrəmanlı daha sonra davam edir: "2019-cu ildə idarəyə təzə rəis, Sübhi Bayramov təyin olunduqdan sonra ,dəfələrlə Kərimov Asəfi yanına çağıraraq onunla işləmək istəmədiyini bildirib A.Kərimov ərizə yazmaq istəməyib. Nəticədə Kərimov Asəf 02.07.2022-ci il tarixindən ,ARƏM maddə 70ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, ) ilə işdən azad edilib. Əsas da Zaqatala RQİİ-nin Həmkarlar Təşkilatının 01.06.02 tarixli məktubu və Zaqatala
RQİİ-nin hüquq şöbəsinin rəisi R.Şabanovun 02.06.2022-ci il tarixli xidməti yazısı olub.

İşdən azad edilən Asəf Kərimov 14.07.2022-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət edib.Zaqatala rayon məhəməsi iddianı təmin edib.Rəis Şəki Apellyasiya məhkəməsinə kassasiya şikayəti verib.Apellyasiya məhkəməsi 06.12.2022-ci tarixili iclasında rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu dəfə rəis 01.03.2023-cü ildə Ali Məhkəməyə müraciət edib. 10.04.2023-cü il tarixində Ali Məhkəmə Apellyasiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb..."

Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt