Əsas Səhifə > Güney Press / Manşet > Naxçıvanda uzun sürməyən `BURJUA İNQİLABI`...
Naxçıvanda uzun sürməyən `BURJUA İNQİLABI`...3-04-2023, 18:14 |
|
Dünən Nəriman Nərimanovun Naxçıvan şəhərindəki büstünün sökülməsi ilə bağlı məlumat paylaşmışdıq. DİA.AZ-ın məlumatına görə, şəhər sakinləri „Gündəlik Naxçıvan“a bildirmişdi ki, büst martın 31-də gecə saatlarında yerli-dibli sökülüb və yerində ağac əkilib. Xəbərlə bağlı Naxçıvan şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmamışdı. İcra Hakimiyyəti bu gün məlumat yayaraq, xəbəri təsdiqləyib. Məlumatda bildirilir ki, büst biryolluq yox, müvəqqəti təmir üçün sökülüb, təmir bitdikdən sonrayerinə qoyulacaq. İcra Hakimiyyəti yaydığı açıqlamada xəbəri təsdiqləsə də, məlumatı yayan mətbuat orqanlarını və sosial media hesablarını da hədələməyi unutmayıb: „Bildiririk ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan, məsələnin mahiyyətini öyrənmədən və nəticələrini düşünmədən, ən əsası isə yaranmış vəziyyətdən sui-istifadə edərək ajiotaj yaratmaq məqsədilə tirajlanan bu cür informasiyalar qeyri-peşəkarlıq əlaməti olmaqla yanaşı, həm də media etikası baxımından yolverilməzdir və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət yaradır. Diqqətə çatdırırıq ki, aparılan təmir-tikinti işləri ilə bağlı Nəriman Nərimanovun Naxçıvan şəhərinin Nizami küçəsindəki Böyük bağ adlanan ərazidə yerləşən büstü müvəqqəti götürülmüşdür. Yaxın günlərdə işlər başa çatdıqdan sonra büst yenidən həmin əraziyə qoyulacaqdır”. Geri qayıt |