Əsas Səhifə > Güney Press / Manşet > Zakir Həsənova çox ağır sözlərlə səriştə dərsi!!!

Zakir Həsənova çox ağır sözlərlə səriştə dərsi!!!


23-01-2014, 19:06
Zakir Həsənova çox ağır sözlərlə səriştə dərsi!!!
DİA.AZ: - Tanınmış hərbi ekspert Üzeyir Cəfərov Müdafiə Naziri Zakir Həsənovun ünvanına od püskürüb. Belə ki, orduda baş verən son olaylara diqqət çəkən tanınmış ekspert naziri səriştəsizlikdə də ittiham edib.

DİA.AZ Üzeyir Cəfərovun özünün şəxsi “Facebook” səhifəsində paylaşdığı statusu olduğu kimi təqdim edir: “Əziz dostlarım! Səhərdən mənə ünvanlanan sualların sayı-hesabı yoxdur. Guya cəbhədə hansısa gərginlik yaşanır. Burdan bir daha bəyan edirəm ki, belə nağıllara inanmayın. Bizim Müdafiə Nazirliyi bəyan edir ki, guya Silahlı Qüvvələr döyüş hazırlığı vəziyyətinə gətirilib. Bu necə ordudur ki, onun Baş Qərargah rəisi Brüssüldədir, NATO-nun tədbirində. Müdafiə naziri isə HHQ və HHM qoşunlarının hərbi hissələrdən birinə adi səfərlərdən birini həyata keçirir? Tərtərdə düşmənin snayper gülləsindən həlak olan zabitimiz kapitan Elnur Cəfərovun ölümündən 2 saat sonra isə o tez-tələsik hansısa medalla təltif edilir. Nazir Zakir Həsənovun imzaladığı əmrə diqqət yetirin: "Döyüş postunda şəxsi şücaət göstərdiynə görə??". Axı zabitimiz öz səhlənkarlığının qurbanı olub. Allah rəhmət eləsin. Başında dəmir dəbilqə, əynində zirehli köynəyi olmadığına görə düşmən həmən onu qətlə yetirib. Ay cənab nazir: bəlkə korpus komandiri general-mayor Nizam Osmanovu və briqada komandirini də bir əmrlə ciddi cəzalandırasınız? Nə vaxta kimi biz yerlərdəki zəif nizam-intizam ucbatından həm əsgərlərimizi, həm də onları qorumağa borclu olan zabitlərimizi itirəcəyik? Bəlkə müharibə aparan ölkənin müdafiə naziri kimi vaxtınızın 70-80 faizini Bakıda deyil, döyüş bölgəsində keçirəsiniz?
Böyük dövlətlərin apardığı məkrli siyasətin qurbanı olan bütün vaxtsız dünyasını dəyişən hərbçilərmizə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun!”

Geri qayıt