Əsas Səhifə > Güney Press / Manşet > Azərbaycanlı məmurdan xanımı məhkəməyə şikayət etdi
Azərbaycanlı məmurdan xanımı məhkəməyə şikayət etdi23-01-2014, 17:16 |
![]() DİA.AZ: - Son zamanlar Azərbaycan ailələrində daxili konfliktlər artıq bir ənənə halını alıb. Bunun da nəticəsidir ki, bu gün Azərbaycanda boşananların sayı yeni evlənənlərin sayını çox ciddi şəkildə üstələyib. Bu rəqəmlər isə ölkəmizin gələcəyini belə şübhə altına alan bir aqibəti anons etməkdədir. Onu da bildirək ki, ailələrin dağılmasının yeganə səbəbi heç də maddi rifah halının aşağı olması deyil. Bəzən maddi rifah halı yüksək olanda da ailələr dağılır. Elə DİA.AZ-a daxil olan ilginc məlumatlardan da bu bəlli olur. Belə ki, redaksiyamıza məlumat verən mötəbər mənbə iddia edir ki, bu günlərdə çox yüksək ranqlı məmurlardan birinin xanımı Bakı məhkəmələrinin birinə boşanma ərizəsi ilə müraciət edib: В«Uzun müddətdir ki, həmin məmurla həyat yoldaşının münasibətlərində gərginlik yaşanır. Hətta onların evləri də ayrıdır. Məmur isə özündən qat-qat aşağı yaşı olan gənc bir xanımla qeyri-rəsmi nigahdadır. Amma buna baxmayaraq, rəsmi həyat yoldaşının hər cür maddi ehtiyacını qarşılayırВ». Lakin qadın qüruru nəhayətdə məmur xanımını məhkəməyə müraciət etməyə vadar edib. Məlumatlı mənbənin sözlərinə görə, sözügedən məmur tərəfindən rəsmi həyat yoldaşı üçün ayrılmış sürücü bu xəbəri artıq onun özünə də çatdırıb: В«Lakin məmurun öz xanımını boşaması mümkünsüzdür. Hətta bu, ona vəzifəsi hesabına başa gələ bilər. Hər halda hakimiyyət komandasında belə birisinin qalması da inandırıcı deyilВ». Onu da bildirək ki, bir başqası ilə iki ildən artıqdır qeyri-rəsmi nigah həyatı yaşayan həmin gənc məmurun kimliyi barədə redaksiyamızda dəqiq məlumatlar var. Bu faktları isə yaxın günlərdə diqqətinizə çatdıracağıq. Çünki hələlik məmurun boşanmaya qarşı olduğunu bildirilir və məhkəmələrə rəsmi həyat yoldaşının ərizəsini qəbul etməməsi barədə təzyiqlər edir. Geri qayıt |