Əsas Səhifə > Güney Press / Ana xəbər > Yevlaxda bağca müəllimləri 3 aydır maaşlarını ala bilmirlər

Yevlaxda bağca müəllimləri 3 aydır maaşlarını ala bilmirlər


23-01-2014, 10:28
Yevlaxda bağca müəllimləri 3 aydır maaşlarını ala bilmirlər
Yevlax şəhərində fəaliyyət göstərən uşaq bağçalarında çalışan müəllimlər 3 aydır əmək haqlarını ala bilmirlər. Bu barədə JAM.AZ-a bir qrup bağça müəllimi məlumat verib.

Onun bildirdiyinə görə, təkcə Yevlax şəhərinin özündə 7 uşaq bağçası fəaliyyət göstərir və orada 40-a yaxın müəllim işləyir. Kənd bağçalarını buraya əlavə etməyən şikayətçilər vurğulayırlar ki, əsas problem noyabr, dekabr və yanvar ayları üçün əmək haqlarını ala bilməmələridir. В«Bununla bağlı şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Oradan bizə heç nə demirlər. Büdcədə pul vəsaitlərinin çatışmadığını söyləməklə kifayətlənirlər. Biz müəllimlər isə çıxılmaz vəziyyətdə qalmışıq. Aylardır banklara olan borcumuzu da ödəyə bilmirikВ».

Yevlaxlı müəllimlər bildirirlər ki, onlar İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirmək istəyiblər. Lakin icrada işləyən Vaqif adlı şəxs onları müxtəlif vədlər verməklə fikirlərindən daşındırıb. В«Vəziyyətimiz çox acınacaqlıdır. Bu məsələni ictimailəşdirməyinizi istəyirikВ».

Geri qayıt