Əsas Səhifə > Güney Press / Ana xəbər > Əli İnsanov qəzet və sayt açır
Əli İnsanov qəzet və sayt açır22-01-2014, 18:23 |
![]() Son məhkəmə prosesində sərt açıqlamaları ilə diqqəti özünə çəkə bilmiş keçmiş Səhiyyə naziri Əli İnsanov bir qəzet və bir neçə sayt açacaq. Bu haqda Avropa.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, artıq 9 ildir ki, həbsdə olan sabiq nazir həbsdən azad edildikdən sonra siyasi fəaliyyətə başlamaq qərarı verib. Mənbənin sözlərinə görə, Avropa Məhkəməsinin onunla bağlı müsbət qərarından sonra, həbs müddəti başa çatmamış azadlığa çıxmaq imkanları xeyli artan Əli İnsanov açmaq istədiyi KİV-lərlə siyasi reablitasiyasını təmin etmək fikirindədir. "Lakin Əli İnsanov hazırda Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəməsinin sonunu gözləyir. Mümkündür ki, məhz məhkəmənin qərarından sonra, Əli İnsanova məxsus mətbuat fəaliyyətə başlasın." Mənbənin sözlərinə görə, Əli İnsanov hazırda müxalifət cəbhəsində yaranmış boşluğu doldurmaq fikirindədir. "Lakin o, azadlığa çıxmasını gözləyir. Böyük ehtimalla tərəfdarlarını siyasi proseslərə cəlb etmək məqsədi ilə partiya da təsis edəcək. Amma hamısından öncə, mətbuat vasitələrinin açılması gündəmdədir." Mənbənin dediyinə görə, artıq Əli İnsanovu müdafiə edəcək KİV-lərin fəaliyyətini yönəldəcək şəxslər də müəyyənləşib. Bunlar tanınmış yazar Şahvələd Cobanoğlu və "EL" Hərəkatının funksioneri Köçəri Nağıbəylidir. Xatırladaq ki, Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |