Əsas Səhifə > Güney Press / Ana xəbər > В«SovetskiВ» sökülür: Kimə nə qədər pul veriləcək?

В«SovetskiВ» sökülür: Kimə nə qədər pul veriləcək?


22-01-2014, 13:03
В«SovetskiВ» sökülür: Kimə nə qədər pul veriləcək?
Bakı Şəhər İcra Hakimiyyətindəki mənbələrdən daxil olan məlumata görə, prosesə fevraldan başlamaq fikrindədirlər. Amma bu bir qədər də yubana bilər. Çünki hələlik texniki məsələlərlə bağlı bəzi çatışmamazlıqlar həllini tapmayıb.

Mənbə bildirib ki, В«SovetskiВ»də iki ildən bəri apardıqları siyahıyalma və reyster işlərini yekunlaşdırıblar. Ərazinin böyük olması səbəbindən söküntü işləri bir neçə mərhələni əhatə edəcək. İlkin mərhələdə Tolstoy küçəsindən başlayacaq söküntü Mirzağa Əliyev küçəsində yekunlaşacaq. İkinci mərhələ isə Mirzağa Əliyevdən start götürərək Nizami Metrosuna kimi uzanacaq. Sonuncu mərhələdə isə bütün ərazi köhnə evlərdən təmizlənəcək.

Mənbə əhaliyə veriləcək kompensasiyalarla da bağlı məlumatlar çatdırıb. O deyib ki, bu zaman ümumi məzənnə ilkin mərhələdə 1500 manat nəzərdə tutulsa da, sonradan bunu 2000 manata qədər qaldırılması barədə göstəriş alıblar. Amma bu məbləğ mənzilin bütün sahələrinə aid olmayacaq. Onun bildirdiyinə görə, sakinlərə faktiki yaşayış sahəsinin hər kvadratına 2000 manatdan pul ödəniləcək. Hamam və tualetin hər kvadratı üçün 700 manat nəzərdə tutulduğunu bildirən mənbə mənzilə aid həyətyanı sahənin hər kvadratına isə 300 manatdan kompensasiya veriləcəyini deyib.

Bunu belə izah edə bilərik. Tutaq ki, evin ümumi sahəsi 100 kvadratmetrdir. Onun 10 kv.m-i hamam və tualetə aiddir. 15 km.m isə mənzilin payına düşən həyətdir. Belə olan təqdirdə, yaşayış sahəsi 75 kv.m-ə bərabər olur. Ayrılan kompensasiyaya uyğun olaraq vətəndaş 150 min manat yaşayış sahəsinə görə, 7000 manat hamam və tualetin sahəsinə görə, 4500 manat isə həyətə görə kompensasiya alacaq. Bu da ümumilikdə, 161500 manat edir.(jam.az)

Geri qayıt