Əsas Səhifə > Güney Press / Manşet > Nərimanov icra hakimiyyətinə vətəndaşlardan ETİRAZ
Nərimanov icra hakimiyyətinə vətəndaşlardan ETİRAZ13-03-2023, 15:59 |
|
DİA.AZ: - Nərimanov rayonu, Mayakovski 15 ünvanında, 61 mənzilli binanın 250-dən artıq sakini etiraz etməkdədir. Bununla bağlı diaaz.space olaraq vətəndaş şikayətini təqdim etmişdik. Ardlndan da sözügedən RİH DİA.AZ-a aşağıdakı cavabı yolladı: "Bildiririk ki, Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən yataqxana tipli yaşayış binası Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun müvafiq aktına əsasən qəzalı vəziyyətdədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən, sözügedən yaşayış binasının sakinlərinin müəyyən olunmuş məbləğdə birdəfəlik maddi yardım verilməklə köçürülməsi nəzərdə tutulmuşdur". İndi isə DİA.AZ-a qarşı tərəf olaraq vətəndaş reaksiyası göndərilib. Sözügedən ünvanda yaşayan vətəndaşlardan vəziləri Nərimanov RİH-in iddiasını belə yanıtlayıb: CAVAB 1: "Bizim binamız haqda sizdə xəbər dərc olunub. Nərimanov RİH bizə bazar giymətindən aşağı qiymət təklif edir. 2000 azn/kv. 40-50 min Aznə biz nəinki Montində heç şəhər kənarı mənzil ala bilmərik. Tələbizim mənzilnən təmin olunmaqdır. Çünki çıxarış var mənzillərin və dövlət tərəfindən hüquqlarımız qorunur..." CAVAB 2: "Nerimanov rayon Mayakovskiy kuc 15 haqqinda megale derc elemisiz. Nezere almaq lazimdir ki mulkiyyetcilerin yani sakinlerin menzillerinin sahesi cox azdi. Elave olarag onuda nezerinize catdirim ki , bizim erazide 1 kv.m temirsiz menzilin qiymeti 2500 azn tewkil edir. Ona gorede sakinler menzilnen temin olunmagini teleb edir. Xahiw edirem edaletli paylawim edesiz. Hormetle Mayakivskiy 15 sakini , ve sizin izleyiciniz..." Məsələ ilə bağlı diaaz.space olaraq istənilən müzakirəyə açığıq... Geri qayıt |