Əsas Səhifə > Güney Press / Manşet > Ev ala bilməyən Qarabağ əlili haray çəkdi
Ev ala bilməyən Qarabağ əlili haray çəkdi21-01-2014, 18:40 |
|
DİA.AZ: - 2-ci qrup Qarabağ müharibəsi əlili və Qarabağ müharibəsi veteranı İsmayıl Rəsulov mətbuata müraciət ünvanlayıb. Müraciətin DİA.AZ-a daxil olan mətnində deyilir: “Mən Rəsulov İsmayıl Yəhya oğlu 27 iyul 2002-ci il tarixdə Qaradağ rayon icra hakimiyyəti başçısının sərəncamı ilə Qarabağ müharibəsi əlili kimi 6 nəfər ailə üzvümlə bərabər mənzil növbəsində dayanmışam.İlk növbədə mənzil sahəsi almaq hüququ olan vətəndaşların siyahısında 41-ci idim. Qaradağda 3 bina inşa olunub, Qarabağ müharibəsi əlilləri üçün. Adı əlillərin olsa da, özü kənar pullu adamlara satılıb. Bu illər ərzində müxtəlif instansiyalara müraciət etmişəm. Respublika prezidentinə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinə, H.Əliyev fondunun prezidentinə, Respublika Prokurorluğuna, Korrupsiyaya qarşı mübarizə idarəsinə, Ombudsman Elmira xanıma və başqalarına. Heç kim bu günə kimi mənim haqlı şikayətimi araşdırmır və hər dəfə mənə yalan məlumatlar verirlər. Necə ola bilər ki, 2010-cu ildə əlillik alıb, növbəyə durana mənzil verilir, mənə yox? Saxta əlillər, fərarilər Qarabağda və Qaradağda özünü güllə ilə vuranlar mənzil, avtomobil alırlar, həqiqi döyüşənlər yox. Mən nə vaxt mənzilimi alacam? Mən 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. Müharibə veteranıyam”. Geri qayıt |