Əsas Səhifə > Güney Press / Ana xəbər > Akif Muradverdiyev məhkəməyə gələ bilməyib
Akif Muradverdiyev məhkəməyə gələ bilməyib21-01-2014, 17:48 |
![]() Prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin apellyasiya şikayəti üzrə yanvarın 21-nə təyin olunan məhkəmə prosesi təxirə salınıb. “Media forum” saytı xəbər verir ki, A.Muradverdiyevin səhhəti yaxşı olmadığına görə o, Bakı Apellyasiya Məhkəməsinə gələ bilməyib. Hakim Vüqar Məmmədov prosesin qeyri-müəyyən müddətə təxirə salındığını açıqlayıb. Apellyasiya şikayətində Xəzər Rayon Məhkəməsinin qərarının ləğv olunması, Muradverdiyevə bəraət verilməsi və azadlığa buraxılması istənilib. A.Muradverdiyev Ədliyyə Nazirliyinin Mərkəzi Müalicə Müəssisəsində müalicə olunur. A.Muradverdiyev Xəzər Rayon Məhkəməsinin 13 dekabr 2013-cü il hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin iyun ayında tutulan Muradverdiyev qaçaqmalçılıqda təqsirli bilinib. Geri qayıt |