Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Zakir Həsənov əsgər ölümləri basıncının qurbanı olmaq istəmir
Zakir Həsənov əsgər ölümləri basıncının qurbanı olmaq istəmir21-01-2014, 17:33 |
|
DİA.AZ: - Hərbi komissarlıq sistemində islahatlar planlaşdırılır. Bu ilginc məlumatı DİA.AZ-a ötürən mənbə iddia edir ki, islahatlar birbaşa olaraq Müdafiə Nazirliyinin son günlərdəki təşəbbüsləri ilə də birbaşa bağlıdır. Xatırladaq ki, Milli Ordu heyətində əsgər ölümlərinin, intiharların və digər bu kimi psixoloji gərginlikdən doğan halların artması səbəbindən Müdafiə Naziri Zakiri Həsənovun təşəbbüsü ilə son ayların çağırışçılarının təkrar tibbi müayinədən keçirilməsi prosesinə start verilib. Qəzetlərin yaydığı məlumata görə, artıq 100-ə yaxın çağırışçı geri qaytarılıb. Bu isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin işi ilə bağlı biabırçı bir mənzərənini ortaya çıxması anlamına gəlir. Məlumatlı mənbə DİA.AZ-a bildirir ki, artıq dövlət xidmətinin rəhbərliyi tərəfindən bir sıra islahatların həyata keçirilməsi qərarı verilib: В«Təbii ki, ilk olaraq hərbi komissarlıqlardakı tibbi komissiyaların heyətinə əl gəzdiriləcək. Proses nəticəsində yüzlərlə kadrın işdən atılması da planlaşdırılırВ». Mənbə onu da əlavə edib ki, bütün bunlar Zakir Həsənovun işə şəxsən müdaxiləsindən sonra baş verib: В«Hər halda, əsgər ölümləri artıq bir naziri yola salıb. Zakir Həsənov da onun fəaliyyətindən qaynaqlanmayan bir prosesin qurbanı olmamaq istəyilə ağıllı bir iş tutmuş olurВ». Geri qayıt |