Əsas Səhifə > Güney Press / Ana xəbər > Ağdamda talan var...
Ağdamda talan var...21-01-2014, 15:00 |
![]() Ağdam rayon icra başçısı Nizami Sadıqovun bir çox korrupsiya əməliyyatları, maxinasiyaları, pul köçürmə və s. qaranlıq işləri ilə bağlı yetərincə yazılar dərc edilib. Bütün yazılanlara illərdir ki, İcra başçısı tərəfindən hər hansı bir təkzib gəlmir. Ağdam rayonu ilə bağlı apardığı araşdırmada bəzi faktları da üzə çıxardı. Araşdırmalarımızdan məlum oldu ki, 2013-cü ildə rayonlar üzrə ən çox maliyyə vəsaiti ayrılan rayon məhz Ağdamdır. Nə az, nə çox düz 38 milyon manat vəsait... Bu vəsaitin isə necə və nə cür xərclənməsini İcra başçısı Nizami Sadıqovla maliyyə idarəsinin müdiri Elşad Əhmədov daha yaxşı bilir. İcra başçısı Nizami Sadıqov ayrılan 38 milyon manat vəsaiti yolların təmirinə, tikintisinə, bayraq meydanına, süni təpə tikintisinə, Quzanlı qəsəbəsinin hasarlanması, parkların, səkilərin abadlaşdırılması, qəsəbədə işıq sistemlərinin qurulması, yaşıllaşdırma, İcra hakimiyyəti binasının təmiri, icra nümayəndəlikləri binalarının təmiri və adını çəkmədiyimiz çoxsaylı lahiyələrə xərcləyib. Amma bu lahiyələrin demək olar ki, hamısında maliyyə maxinasiyaları olub. Bu qaranlıq əməliyyatlara uzun illər hüquq mühafizə orqanlarında işləmiş icra başçısı Nizami Sadıqov rəhbərlik edib.Belə ki, Ağdam rayonunda parkların, səkilərin, yolların, inzibati binaların təmiri və tikintisi zamanı ayrılan vəsaitlərdən ciddi şəkildə yeyintilərin aşkar olunmasını maliyyə nazirliyinin rayonda yoxlama apardığı işçiləri də üzə çıxardıb. Ancaq nədənsə üzə çıxarılan maliyyə maxinasiyaları qəflətən maliyyə müfəttişləri tərəfindən ört-basdır olunub. Qeyd edək ki, ayrılan vəsaitlərin xərclənməsindəki yeyintilər əsasən istifadə olunan materialların qiymətlərinin şişirdilməsi, görülən işlərin qiymətlərinin bir neçə dəfə artırılmasından ibarətdir. Məlumat verən mənbəmiz bildirir ki, Ağdam maliyyə idarəsinin müdiri Elşad Əhmədov icra başçısı Nizami Sadıqovla birləşərək ayrılan vəsaitlərin silinməsində “müstəsna” xidmətlər göstərmişdir. Nizami Sadıqovun başqa bir ortağı isə Quzanlı icra nümayəndəsi Zabil Mehdiyev olub. Çünki xərclənən 10 milyonlarla manat vəsaitin yarısından çoxu Quzanlı qəsəbəsinə xərclənib.İnformasiyalı şəxs bildirir ki, İcra başçısı Nizami Sadıqovun göstərişi ilə Maliyyə İdarəsinin müdiri Elşad Əhmədov bəzi idarə təşkilatlara ayrılan vəsaitdən bir neçə dəfə çox vəsait ayıraraq il ərzində büdcədən qeyri-qanuni olaraq milyona yaxın vəsait çıxardıb. Elşad Əhmədov isə təşkilatlara ayrılan “artıq” vəsaitdən öz payını yetərincə alaraq şəxsi biznesini genişləndirib.Bütün hallarda 2013-cü il Ağdam icra başçısı Nizami Sadıqov üçün maliyyə baxımından düşərli oldu. İcra başçısı dövlətin ayırdığı 38 milyon manatdan gen-bol vəsait oğurlaya bildi. Əgər belə olmasaydı, Nizami Sadıqov bu yaxınlarda bir neçə milyon manata paytaxt Bakıda dəbdəbəli bir obyekt ala bilməzdi. Həmin obyektlə bağlı araşdırmamız davam edir və növbəti sayımızda oxucularımıza daha ilginc məlumat verəcəyik.Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |