Əsas Səhifə > Güney Press / Ana xəbər > Arzu Rəhimovu susduracaq rəsmi faktlar açıqlandı
Arzu Rəhimovu susduracaq rəsmi faktlar açıqlandı20-01-2014, 14:05 |
![]() Budur, В«Gündəlik BakıВ» qəzetinin yazdıqları Müdafiə Nazirliyinin rəsmiləri tərəfindən təsdiqini tapdı. В«Təkrarən yoxlanılan çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblarВ» - bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərğahlı deyib. Gənc çağırışçıların yenidən yoxlanacağı haqda yayılan məlumatlara aydınlıq gətirən nazirlik rəsmisi bildirib ki, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin əksəriyyəti çətin iqlim şəraitində, relyefi çox müxtəlif və mürəkkəb olan ərazilərdə - həm yüksək dağlıq, həm düzənlik-ovalıq şəraitində, düşmənlə təmas xəttində, daim səngərdə yerləşir: "Bu səbəbdən də ordu sıralarına gələn gənclərin tibbi cəhətdən sağlam, mənəvi-psixoloji və fiziki cəhətdən möhkəm, o cümlədən hərbi xidmətin çətinliklərinə dözümlü olmaları vacibdir. Qeyd edək ki, görülən tədbirlər artıq öz nəticəsini verir. Yanvarın 15-dək Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında təkrarən yoxlanılan gənc çağırışçıların 106 nəfərində xəstəlik aşkarlanıb və onlar geri qaytarılıblar. Bu gənclərin 17 nəfərində vərəm, 71 nəfərində nevrotik-reaksiya, 18 nəfərində isə digər xəstəliklər aşkar edilib”. Bütün bunlar onu göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general-leytenant Arzu Rəhimovun fəaliyyətindəki qüsurlar hələ də mövcuddur. Fəaliyyətindən iki ilə yaxın vaxt keçsə də, general bu günə qədər rəhbəri olduğu təşkilatdakı problemlərin həllini tam başa çatdıra bilmədi. Hələ bir müddət əvvəl aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə, şöbə və bölmələrində aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri onlara hərbi-həkim komissiyalarının rəylərinə əsasən çağırışdan qanunsuz möhlət verilməsi və çağırışçıların valideynlərindən rüşvət alınması ilə bağlı istintaq aparıldı. Nəticədə Binəqədi, Sumqayıt şəhər, Gəncə şəhərinin Nizami və Kəpəz rayonları, Lənkəran şəhər və digər rayon şöbələrinin vəzifəli şəxsləri rüşvət alma, vəzifə saxtakarlığı digər maddələri ilə başlanmış cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərildi, həmin işlər üzrə ittiham hökmü çıxarıldı. Göründüyü kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindəki problemlər tam həll olunmaq bilmir. Başqa sözlə desək, Arzu Rəhimovun rəhbərliyi altında həyata keçirilən çağırış prosesi öz effektini vermədi. General-leytenantın bəzi işçilərinin bir müddət əvvəl rüşvət, korrupsiya faktına görə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılması göstərir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra işçiləri bu dövlət strukturundan şəxsi mənfəətləri, subyektiv, maddi maraqları üçün yararlanmağa çalışırlar. Halbuki dövlət xidməti Azərbaycan dövlətinin təhlükəsizliyi, onun hərbi gücünün artması, sərhədlərinin toxunulmaz, ərazinin bütöv qalması üçün fəaliyyəti zəruri olan mühüm dövlət orqanlarından biridir. Ölkəmizin Silahlı Qüvvələrinin və respublikamızın qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müharibə dövrü üçün müəyyən edilmiş təşkilati-ştat strukturuna vaxtında keçirilməsi və xüsusi birləşmələrin yaradılması məqsədi ilə hərbi vəzifəlilər müharibə dövründə hərbi vəzifələrdə hərbi xidmət keçmək, yaxud müharibə dövrünün ştatlarında işləmək üçün əvvəlcədən hərbi hissələrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təhkim edilirlər. Biz yazırdıq ki, Arzu Rəhimovun bəzi işçiləri xəstə çağırışçıları orduya göndərir. Bu isə hərbi xidmətə yararsız gənclərin labüd ölümü, ordu üçün başağrısıdır. Amma general-leytenant ortaya qoyduğumuz faktları dönə-dönə təkzib edirdi. İddia edirdi ki, SHXÇDX-də hər şey В«ən yüksəkВ» səviyyədədir. Doğrudan da belə idisə, Arzu Rəhimovun hərbi xidimətə göndərdiyi çağırışçıların geri göndərilməsi nə deməkdir? Bunu ki, biz - В«Gündəlik BakıВ» yox, MN-in öz rəsmisi deyir... Qarşı tərəfin də mövqeyini dərc edə bilərik. В«Gündəlik BakıВ» Geri qayıt |