Əsas Səhifə > Güney Press, Şou-biznes > Xalq artistini neçə metr dərinlikdə BASDIRMALIYIQ?
Xalq artistini neçə metr dərinlikdə BASDIRMALIYIQ?23-02-2023, 11:11 |
Məncə Prezident yanında İncəsənət Adamlarına Dəstək Fondu yaradılmalıdır və bu fond təkcə ölüləri basdırmaqla, onların qəbirlərinin üstünü götürməklə yox, incəsənət adamlarına sağlıqlarında da dəstək olmalıdır, onların müəlicəsindən tutmuş, yaşam şəraitlərinə qədər... Yoxsa indiki halda incəsənət adamlarımızın dilisini də, ölüsünü də DİLƏNÇİYƏ ÇEVİRMİŞİK... Bir neçə gün əvvəl dublyaj işi ilə məşğul olan qardaşımız özünəməxsus formada etiraz etdi... Hətta bu gün onların həyatlarını belə qura bilmədiklərindən tutmuş, daha dərin problemlərinin olmasına Prezidentin diqqətini çəkməyə çalışdı... Ardından da Əli Nur etiraz etdi... Hər iki hala verilən rəsmi reaksiya ortadadır... Yəni problemi həll etmək lazımdır cənablar, problemdən hansısa siyasi təbəqənin xal qazanması açıq-aşkar məzələnməkdir. Bu, hər iki tərəfə aiddir... həm iqtidara... həm də müxalifətə... Hansısa artistimiz peşmandır dərdini ictimailəşdirsin... Dərhal iqtidar tərəfi CƏZALANDIRMA haqqında düşünür, müxalifət tərəfi də TİRAJLAMA, VƏSF ETMƏ, QƏHRƏMANLAŞDIRMA haqqında düşünür... Sonradan iqtidar tərəfi əlindəki rıçaqlarla müxalifətin yaratdığı süni qəhrəmanı rəsmən PARTLADANDA daha acınacaqlı hal ortaya çıxır... Ümidsiz cəmiyyətin ümidləri bir daha puç olur... Həm hakimiyyətə olan ümidlər, həm də müxalifətə olan ümidlər... Ona görə də, yuxarıdakı təklifimin rəsmi dillər tərəfindən eşidilməsini arzu edərdim... P.S. Yazının başlığını yazı ilə tutuşdurmayanlar ola bilər... Olsun... Məhəmməd ƏRSOY DİA.AZ-ın Baş redaktoru Geri qayıt |