Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Astara təhsilində şıdırğı pulyığma kampaniyası
Astara təhsilində şıdırğı pulyığma kampaniyası20-01-2014, 11:44 |
|
Son zamanlar Astara rayonunun təhsil sistemində baş verən neqativ hallarla bağlı məlumatlar mətbuatın gündəmindən düşmür. Maraqlıdır ki, iddia olunan özbaşnalıqların heç biri araşdırılmır, onlara rəsmi mövqe bildirilmir. Artıq bu rayonda çalışan müəllimlər də ümüdsüz duruma düşüb- indən belə hara, kimə şikayət edəcəklərini bilmirlər. Rayon təhsil işçiləri tərəfindən daxil olan şikayətdə bildirilir ki, Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin göstərişinə əsasən rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova 63 məktəb direktorunu bir araya toplayarq, onların qarşısında rəsmi qəzetlərə abunə ilə bağlı öhdəlik qoyub: “Nəticədədə direktorlar bizə qənim kəsilib" Rayon üzrə təhsil sistemində 2500 nəfərə yaxın işçi çalışır. Əmək haqlarımız onsuz da ürəkaçan səviyyədə deyil. İl ərzində müxtəlif bəhanələrlə bunun da yarısını əlimizdən alırlar, səsimizi çıxaranda o dəqiqə məsələni siyasiləşdirilər. Şöbə müdiri bizi dərs saatımızın azaldılacağı, işdən qovduracağı ilə təhdid edir. Hazırda Qızbəs Məmmədovanın göstərişinə əsasən müəllimlərdən “abunə haqqı” toplanılır. Qəzetlərin abunə haqqı yüksək olduğunu deyərək, hər müəllimdən 22 manat pul istənilir. Astara Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdə 2500 pedaqoji işçi çalışır. Adambaşına 22 manatdan pul toplayanda, bu, 55 min manat edir. Çox güman ki, onun 50 mininin abunə haqqına aidiyyatı yoxdur. Bir də ki, bizə məgər bu qəzetlər lazımdır? Onsuz da televiziyalardan, internetdən çoxsaylı informasiyalar alırıq. Boş yerə niyə 1 kisə unun pulunu lazım olmayan bir kağız parçasına verək? Qazet məcburi qaydada özünə oxucu qazanmamalı, kiminsə cibinə girməməlidir. Hansı zəmanədir ki, cəmiyyətin ziyalısı olan müəllimi zorən qəzetə abunə etdirəsən?” Geri qayıt |