Əsas Səhifə > Güney Press / Ana xəbər / Üst manşet > DİA.AZ-ı bu ölkənin düşmənləri vurur

DİA.AZ-ı bu ölkənin düşmənləri vurur


20-01-2014, 11:20
DİA.AZ-ı bu ölkənin düşmənləri vurur
DİA.AZ: - Dəyərli oxucular. Artıq bir aydan çoxdur ki, DİA.AZ mənşəyi, kimliyi bilinməyən hakerlərin hücumlarının hədəfindədir. Yaxşı bilirik ki, bu qəbildən olan hücumları əli bilgisayara yenicə olaraq toxunan kimsə bacarmaz.

Amma bizlər də müqavimət göstəririk. Ola bilsin ki, bu hücumları Azərbaycanda olan fars-molla rejiminin havadarları və yaxud da erməniləri sevən hansısa vətəndaşımız edir. Ola da bilsin ki, bu hücumlar ümumiyyətlə Azərbaycandan qidalanmır.

İstənilən halda cavabımız birdir: DİA.AZ portalı ayaqda dura bilməsi üçün bütün imkanlara əl atacaq. Siz gerçəkdən də Azərbaycan türkünün milli və dövlət maraqlarına söykənərək fəaliyyətini qurmaqda olan В«DünyaВ» İnformasiya Agentliyinə əngəl olmağa çalışdıqca, bizi daha da gücləndirirsiniz…

Təxmin edirik ki, bu yazdıqlarımızı hücum edən hakerlər başa düşdülər. Hər halda, yazılarımız onları narahat etdiyindən bizi hədəfə çeviriblər. Və narahat olublarsa, deməli, yazı dilimizi də anlayırlar.

Hamımıza uğurlar…

ZƏRURİ QEYD: Bu arada oxucularımızdan səbirli olmalırını diləyirik…

Geri qayıt