Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtda seksual azlıqların təqib olunması faktı üzrə cinayət işi qaldırılıb

Sumqayıtda seksual azlıqların təqib olunması faktı üzrə cinayət işi qaldırılıb


18-01-2014, 18:01
Sumqayıtda seksual azlıqların təqib olunması faktı üzrə cinayət işi qaldırılıb
Sumqayıt polisi “Nəfəs LGBT” Azərbaycan Alyansının rəhbəri Atilla (Cavid) Nəbiyevə qarşı fiziki və psixoloji zorakılıq, həmçinin onun şərəf və ləyaqətinin alçaldılması faktı üzrə cinayət işi qaldırıb.

İş A.Nəbiyevin Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Süleyman Neymətov və təhqiqat şöbəsinin rəhbəri Bəhruz Hacıyev ilə görüşündən sonra qaldırılıb.

Görüş zamanı A.Nəbiyev homoseksual insanların hüquqlarının pozulduğunu, seksual azlıqların nümayəndələrinin fiziki və psixoloji zorakılığa məruz qaldığını bildirib. O deyib ki, etimadın olmaması, anonimliyin təmin edilməməsi səbəbindən mühafizə orqanlarına müraciət edə bilmirlər.

A.Nəbiyev rəhbərlik etdiyi alyansın fəaliyyətinə görə ona

qarşı edilən hədə -qorxular, şərəf-ləyaqətinin təhqir edilməsi, fiziki güc tətbiq edilməsi hallarından da danışıb. Onun fikrincə, bu cür halların qarşısının alınmaması və səbəbkarların cəzalandırılmaması nifrət cinayətlərinin artmasına səbəb olur.

S.Neymətov öz növbəsində bildirib ki, polis vətəndaşların dini, cinsi, siyasi baxışından asılı olmayaq onların müdafiə olunmaq hüququnu təmin edir. Bu barədə “Nəfəs” birliyinin məlumatında deyilir.

Geri qayıt