Əsas Səhifə > Güney Press / Manşet / Üst manşet > Rusiyada “Bakılı oğlanlar” komandasının tanınmış üzvü həbs olunub

Rusiyada “Bakılı oğlanlar” komandasının tanınmış üzvü həbs olunub


18-01-2014, 14:31
Rusiyada “Bakılı oğlanlar” komandasının tanınmış üzvü həbs olunub
Azərbaycanın “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü olmuş Eynur Behbudov Rusiyada 2 nəfərin ölümündə günahlandırılaraq həbs olunub.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Rusiya Federasiyasının Başqırdıstan Muxtar Respublikası üzrə rəhbəri Mirzə Dadaşovun APA-ya verdiyi məlumata görə, həbs muxtar respublikanın paytaxtı Ufa şəhərində 3 il əvvəl baş vermiş hadisə ilə əlaqədardır.

M. Dadaşov bildirib ki, “KVN” fəaliyyətindən sonra biznes fəaliyyəti ilə məşğul olan E. Behbudov 2011-ci il yanvarın 21-də ona məxsus “Konsert klubu” adlı mərkəzdə baş vermiş yanğın faktı ilə bağlı həbs edilib: “Üç ildir aparılan cinayət işinin araşdırmaları sübut edib ki, Eynur Behbudov həmin mərkəzdə qeyri-qanuni təmir işləri aparıb. Təmir zamanı partlayış baş verib və yerli vətəndaş olan iki nəfər usta həlak olub. İşlə əlaqədar məhkəmə bir gün əvvəl başa çatıb. Eynur Behbudov 4 il müddətinə azadlıqdan məhrum edilib. Başqa bir neçə nəfər də həbs cəzası alıb”.

Geri qayıt