Əsas Səhifə > Güney Press / Manşet > “Bu adamlar Kəmaləddin Heydərovun belə əmrini saya salmırlar”
“Bu adamlar Kəmaləddin Heydərovun belə əmrini saya salmırlar”17-01-2014, 16:46 |
|
DİA.AZ: - Sabunçunun icra başçısı Adil Vəliyevin özbaşınalığının hədəfində olan 13 uşaq atası Həsən Camalov artıq 2 həftəyə yaxındır ki, aclıq aksiyası keçirir. DİA.AZ-a bu barədə mövqeyini yollayan Sabunçu sakini artıq yeganə ümid yeri kimi prezidentə kömək üşün müraciət edib. Müraciətdə deyilir: “Cənab prezident İlham Əliyev! Bizim haqqımızı qoruyun! Səsimizə səs verin! Bu gün mənim və ailəmin Sizə ehtiyacı var. Biz ailəcə, har zaman sizə, sizin səsinizə səs verdik, sizi dəstəklədik! Mən 23 gündür ki aclıq keçirirəm, artıq 540 saatdır ki, bu davam edir. Səhhətim keçən hər gün, hər saat, hər dəqiqə pisləşməkdədir. Amma geri yolum da yoxdur. Ya ölüm, Ya haqqım. Bəs Sizcə ? Ya ölüm, Ya 13 balamın haqqı və hüququ. Bəs Sizcə ? Səsimi heç cür prezidentimiz İlham Əliyevə çatdıra bilmirəm. Hər şeydən uca olan Allaha xatir, bizim səsimizi prezidentimizə çatdırın. Bizə haqsızlıq edən Sabunçu icra başçısı Adil Vəliyev və müavini Şakir Alıyev. Bu adamlar Nazir Kəmaləddin Heydərovun belə əmrini saya salmırlar . Tək ümidimiz Prezident İlham Əliyevdir. Haqqımızı qorusa, o qoruyar. Mən ayaqdan düşsəm, balalarımın haqqı, malı-mülkü yeyiləcək. Artıq dünyanın heçbir nazı-neməti gözümdə yoxdur, hər şey dəyərini itirib. Zəif düşmüşəm, ağlım yalnız bir istiqamətdə işləyir, o da Haqqımızı qorumaq. Sizdən xahiş edirəm mənə bu haqq işində yardım edin”. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |