Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Səlim Müslümovla bağlı ilginc faktlar mətbuata ötürülür

Səlim Müslümovla bağlı ilginc faktlar mətbuata ötürülür


17-01-2014, 16:21
Səlim Müslümovla bağlı ilginc faktlar mətbuata ötürülür
DİA.AZ: - Bir iclasda 14 nəfər işçisini qovması ilə özünə reytinq qazanmağa çalışan, ardından da gəncləri vəzifə başına gətirəcəyi haqda vəd verib, sonra da əsasən gənc kadrları yola salan əmək və əhalinin sosial müadfiəsi naziri Səlim Müslümov üçün vəziyyət o qədər də qənaətbəxş hesab oluna bilməz. Ən azından ona görə ki, artıq nazirin apardığı В«islahatlarınВ» səs-küyü heç də iqtidar düşərgəsi üçün ürəkaçan mənzərəyə səbəb olmur.

Vəziyətin isə daha da təhlükəli məcraya yön alacağı şübhəsizdir. Belə ki, DİA.AZ-a nazirlikdəki mənbələrdən ötürülən informasiyada bildirilir ki, Səlim Müslümovun məhz qrup maraqları səbəbindən işdən çıxardığı köhnə kadrlar yeni nazirlə bağlı ilginc faktları ictimailəşdirmək fikrindədirlər.

Bu barədə mənbənin söylədikləri: В«Kimsə güman edə bilər ki, köhnə kadrlar Səlim Müslümovla bağlı o qədər də dərin bilgilərə malik deyillər. Amma yanılırlar. Bu, qısa müddət yetərli olub ki, yeni naziri etimaddan sala biləcək faktlar əldə olunsun. Kimsə hələlik bu faktları bilmir. Amma bu faktlar ictimailəşərsə, Səlim Müslümovun könüllü şəkildə istefa verməsi belə gözləniləndirВ».

Mənbəmiz yeni nazirin məhz bu şiddətdə kompramat ələ verdiyini qeyd edərək onu da əlavə etdi ki, yaxın günlərdə həmin informasiyayalar dövriyyəyə buraxılacaq…

Geri qayıt