Əsas Səhifə > Güney Press / Manşet > Aydın Bəşirov həbs oluna bilər
Aydın Bəşirov həbs oluna bilər16-01-2014, 18:08 |
![]() DİA.AZ: - Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirov həbs oluna bilər. Bu şok məlumatı DİA.AZ-a ötürən hökumət içindəki mötəbər mənbə iddia edir ki, Aydın Bəşirov artıq bu barədə məlumatlıdır. В«İki gün əvvəl onu istitnaq orqanları dindiribВ» deyən mənbə vurğulayır ki, Aydın Bəşirova qarşı çox ciddi ittihamlar irəli sürülə bilər: В«Hələlik bu məsələ ictimailəşdirilmir. Amma yaxın günlərdə mətbuata rəsmi məlumat verilə bilər. Bu isə daha çox В«yuxarılarınВ» prosesi hansı məcrada yönəldəcəyindən birbaşa asılıdırВ». Xatırladaq ki, Aydın Bəşirov bu günlərdə mətbuat səhifələrində 50 milyon manatlıq vəsaiti mənimsəməkdə ittiham olundu. Bununla bağlı açıqlama verən sabiq məmur bildirmişdi ki, o, qeyd olunan məbləğdə vəsaiti mənimsəyə bilməz. Əslində bu açıqlamada həm də bir etiraz və etiraf var idi. Yəni etiraz məbləğə idi. Etiraf isə daha az summada vəsaitin mənimsənilmə imkanından gedir. Məlumatlardan o da aydın olur ki, Aydın Bəşirov sabah da istintaqa ifadə verməlidir. Məsələni araşdırırıq. Bizi izləyin… Geri qayıt |