Əsas Səhifə > Güney Press / Ana xəbər > “Səba“ Broyler В«NyukaslВ» xəstəliyindən tələf olmuş toyuqları satışa çıxarıb?

“Səba“ Broyler В«NyukaslВ» xəstəliyindən tələf olmuş toyuqları satışa çıxarıb?


16-01-2014, 17:06
“Səba“ Broyler В«NyukaslВ» xəstəliyindən tələf olmuş toyuqları satışa çıxarıb?
Son illər ölkədə toyuq ətinə tələbat artıqca istehsalat broylerlərinin sayıda artmaqdadır. Dövlət Statistika idarəsinin verdiyi məlumata görə bir ailə ay ərzində təqribən 15 kq toyuq əti tükədir. Ölkəmizdə bu qədər çox toyuq ətinin tükədilməsinin əsas səbələrindən biri təbii ki, toyuq ətinin dijgər ət məhsullarına nisbətən daha ucuz olmasıdır. Lakin ucuz toyuq əti həmçinin insanlarımızın sağlamlığı üçün də ciddi problemə çevrilən məsələlərdən biridir.

Bildirək ki, son illər ölkənin müxtəlif rayonlarda toyuqların kütləfi şəkildə qırılması müşahidə olunub. Dövlət Baytarlıq Xidməti toyuqların kütləvi qırılmasını bəzi xəstəliklərlə bağlayaraq vaksinlərin zamanında paylandığını idda edir. Əslində isə əhəmin vaksinlər çox az məhdud çərçivədə paylanır Bu məsələ ilə bağlı növbəti yazılarımızın birində məlumat verəcəyik. Amma fakt faktlığında qalır ki, broyler müəssisələrində xəstəliyə düçar olmuş toyuqları məhv etmələri ilə bağlı hər hansl bir rəsmi açıqlama verilmir. Amma o da faktdır ki, broler müəssisələrində hər il külli miqdarda toyuq keçici xəstəliklərdən tələf olur. Bəs xəstəlikdən ölən həmin toyuqlar necə olur?

Bu məsələ ilə bağlı PİA.AZ məlumat verən mənbə bildirir ki, 2013-cü ildə "Səba" Broylerdə təxminən 200 mindən çox toyuq В«nyukaslВ» xəstəliyindən tələf olub.

Xatırladaq ki, В«nyukaslВ» xəstəliyi toyuqlarda yaranan ən aktiv xəstəliklərdən biridir və bu xəstəliy yalançı taun, atipik taun, asiya taunuda adlanır. Bu xəstəlik toyuqların respirator və visseral orqanlarının, mərkəzi əsəb sisteminin zədələnməsi nəticəsində yüksək tələfat verməsi ilə səciyyələnir. Hətta peyvənd olunmuş toyuqlarda belə virus 43 gündən sonra xəstəlik törədə bilir. Ölüm halları isə 60-70 faizə qədər ola bilir. Virus nyukasl xəstəliyindən ölmüş və məcburi kəsilmiş xəstə toyuq cəsədləri, xəstə toyuqların yumurtaları, həmin təsərrüfatın avadanlıqları vasitəsi ilə eləcədə xəstəlik olan binadan ixrac edilən hava ilə yayılır.

Məlumatlı mənbə bildirir ki, "Səba" Broylerdə yetişdirilən toyuqlar məhz nyukasl xəstəliyinə tutulmuş, lakin broyler rəhbərliyi virusa yoluxmuş toyuqları məhv edib yandırmaq əvəzinə toyuqları isti qazanlara salıb çıxardıqdan sonra soyuducularda donduraraq bazarlarda satışa çıxarılıb. Bildirilir ki, bu barədə tapşırığı şəxsən "Səba" Broylerin sahibi Namiq Quliyev verib.

Qeyd edilir ki, "Səba" Broyler rəhbərliyi vaksin vurmağa gecikdiyindən toyuqlar bu xəstəliyə tutulub.Toyuqların kütləvi qırılmasından sonra broyler rəhbərliyi ziyana düşməmək üçün virusa yoluxmuş toyuqları məhsul kimi satışa çıxardıb.

Xatırladaq ki, "Səba" ticarət nişanı "Dəvəçi Broyler" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. "Dəvəçi Broyler" ASC 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazası əsasında yaradılıb və 2002-ci ildən fəaliyyət göstərir. 2002-ci ildə Azərbaycan bazarına "Səba" ticarət nişanı altında bütöv toyuqlar və toyuq hissələri satışa çıxarılıb.2011-ci ildə isə bazara kotlet, sosis, naget və s. kimi dərin emallı toyuq məhsulları çıxarmağa başlayıb.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt