Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Mərkəzi Bankın kredit qadağasının arxasında şübhəli məqamlar
Mərkəzi Bankın kredit qadağasının arxasında şübhəli məqamlar16-01-2014, 16:25 |
|
DİA.AZ: - Az əvvəl belə bir məlumat yayıldı ki, Mərkəzi bank digər banklara maşınlar üçün kredit verilməsini qadağan edib. Buna səbəb kimi isə vətəndaşların kreditləri qaytara bilməmələri səbəbindən yaranmış situasiya göstərilirdi. Lakin sonradan bu məlumata müəyyən qədər aydınlıq gətirildi. Yeni xəbərdə isə qeyd olunurdu ki, Azərbaycanın Mərkəzi Bankı kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara kredit verilməsini qadağan edib. Yenə də səbəb kimi, problemli kreditlərin sürətlə artması göstərilir. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Mütəxəssislər deyir ki, son illər kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yarandığından Mərkəzi Bank avtomobillərin lizinq yolu alınmasını nəzərdən keçirir. Amma bütün bunların arxasında sən demə, bu günlərdə özünü yandıraraq həyatına qəsd etmiş Qarabağ əlili Zaur Həsənovla bağlı olay da dayanırmış. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr məlumat verir. Xatırladaq ki, mərhum Z.Həsənov əvvəlcə Lökbatandakı ata evini “Rabitəbank”a girov qoyaraq 10 min manat pul götürüb. Daha sonra obyekti sökülən Z.Həsənov banka olan borcunu ödəyə bilməyib. Borc daha sonra faizləri ilə birlikdə 15 min manata çatıb. Z.Həsənovun daha bir banka borcu olub. Qarabağ qazisi “Unibank”dan da 2500 manat məbləğində nağd pul kreditə götürüb. O, bu borcunu da ödəyə bilməyib. Z.Həsənovun başqa banklardan da borc götürməyə məcbur olduğunu öyrəndik. Qazinin evi 15 min manat borclu olduğu “Rabitəbank” tərəfindən əlindən alınıb. Bank borcunu ödəyə bilməyən qazini 5 uşağı ilə birlikdə evindən çıxarıb. Ev bütün əşyaları ilə girov götürülüb. Bank hətta Zaur Həsənovun və yoldaşının qızıl əşyalarını da girov olaraq götürüb. Ata evindən çıxarılan Həsənovlar ailəsi prezidentin 2011-ci ildə onlara verdiyi, Lökbatanda əlillər üçün tikilmiş binadakı mənzildə yaşamağa başlayıblar. Bu evdə isə onlar kommunal xərclərini ödəyə bilməyiblər. Qeyd edək ki, uzun müddət Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyevlə “mübarizə aparan”, bütün məhkəmələrdə məğlub olan və haqqını ala bilməyən Z.Həsənov dekabrın 25-də özünü yandırdıqdan sonra bu hadisə ictimailəşdirildi və geniş müzakirələrə səbəb oldu. Məlumatlı mənbələrdən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, əslində vətəndaşlarla banklar arasında yaranmış gərginlik bu gün hökumətin bir nömrəli qayğılarındadır: В«Bu gün əslində məhkəmə icraçıları da bir çox qərarların - məhz banklara kredit səbəbindən yaranmış vətəndaş-bank toqquşmaları ilə bağlı qərarların icrasına maraq göstərmirlər ki, bu da В«yuxarılardanВ» gələn təlimatla bağlıdır. Yəni məhkəmə icraçılarına В«o qədər də qəddarВ» olmamaları ilə bağlı təlimat verilib. Amma problem qalırВ». Mənbəmiz iddia edir ki, məhz bu səbəbdən - problemli kreditlərin artması səbəbindən, bunun da nəticəsində yaranan vətəndaş narazılığı ucundan bu gün ortadakı qəzəb əsasən rəsmi dairələrin, məmur heyətinin üzərinə kökləndiyindən situasiyadan çıxış yolları aranmaqdadır: В«Hələlik bu addım atıldı. Yəni Mərkəzi Bank xırda banklara kredit məhudiyyəti tətbiq etdi. İndi isə digər addımlar da atılacaqВ». Geri qayıt |