Əsas Səhifə > Güney Press / Manşet > “Səsimizi çıxartmağa qorxuruq, çünki bizi işimizdən edərlər”
“Səsimizi çıxartmağa qorxuruq, çünki bizi işimizdən edərlər”26-01-2023, 15:43 |
|
DİA.AZ bildirir ki, Naxçıvan şəhər sakinləri olan bir qrup müəllim tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müəyyən səbəblərdən adlarının çəkilməsini istəməyən şikayətçilər iddia edirlər ki, onların əmək haqqı tam şəkildə ödənilmir: “Biz, Naxçıvan şəhər müəllimləri, yazaraq sizlərdən xahiş edirik ki, bu mövzunu işıqlandırasınız. Səsimizi çıxartmağa qorxuruq, çünki bizi işimizdən edərlər. Amma bu qədər də haqsızlığa dözmək çətindir. 2018-ci ildən bu günə kimi müəllimlər “e-sosial” portalı vasitəsilə əmək haqqımızı görə bilirik. Bizə ayrılan 13-cü əmək haqqı da verilmir, mənimsənilir. Portalda göstərilsə də, biz bunu müdriyyətə deyə bilmirik, bizi işimizdən edər. Bir çox müəllim o portala girdiyi üçün əmək haqqını görür, bir neçə müəllimin isə heç məlumatı belə yoxdur ki, onlara az pul verirlər. Məsələn, portalda 936 manat aylıq əmək haqqı göstərilsə də həmin müəllim 772 manat pul alır. Portalda 830 manat əmək haqqı aldığı qeyd olunan müəllimə isə cəmi 714 manat verilir. 2019-cu ilin oktyabr ayında müəllimləri toplayıb dedilər ki, əhalinin qeydiyyat işlərini aparıb bitirdikdən sonra sizlərə əlavə pul veriləcək. Onu da vermədilər. Tək müəllimlərin yox, məktəbdə işləyən hər kəsin əmək haqqı bu cür kəsirlə ödənilir”. Qeyd edək ki, müəllimlərin “e-sosial” portalında göstərilən məbləğdən az əmək haqqı alması, əslində, rəsmi vergilərin tutulması ilə bağlıdır və bu tamamilə qanunidir. Lakin onların şikayətinə səbəb odur ki, əllərinə gələn vəsaitdən də rəhbərliyə "vergi" adı altında ödənişlər etdiklərini iddia edirlər... Geri qayıt |