Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Əli İnsanov türmədə otura-otura siyasətə pul xərcləyəcək

Əli İnsanov türmədə otura-otura siyasətə pul xərcləyəcək


15-01-2014, 18:20
Əli İnsanov türmədə otura-otura siyasətə pul xərcləyəcək
Yanvarın 31-də Azərbaycanda rəsmən yeni siyasi partiyanın təsis toplantısı keçiriləcək.
Avrasiya.net-in əldə etdiyi məlumata görə, toplantıda siyasi quruma Gələcək Azərbaycan Partiyası adlandırılmasına qərar veriləcək.
Fevralda isə qurultay keçiriləcək.
Xatırladaq ki. mediada yeni yaradılan partiyanın arxasında keçmiş səhiyyə naziri Əli İnsanov, eks-spiker Rəsul Quliyev, tanınmış bəstəkar və keçmiş milləlt vəkili Hüseyn Abdullayevin dayandığı xəbərləri yayılıb.
Qurumun təsisçiləri bu xəbərləri təksib etsələr də Avrasiya.net-ə həmin şəxslərə yaxın mənbələrin verdiyi məlumata görə, yaradılacaq partiya birbaşa həmin ekslər tərəfindən maliyyələçdiriləcək. Ə.İnsanov partiyanın maliyyəsinin 50 faizini öz üzərinə götürüb, qalan 50 faiz isə R.Quliyevlə H.Abdullayev arasında bölüşdürülüb.
Qurultayda ekslərin partiyaya sədrliyinə namizədləri sürüləcək. Hər bir eks öz yaxın adamının namizədliyini dəstəkləyəcək. Belə ki, Ə.İnsanov Arzu Səmədbəylinin qardaşı Pərviz Səmədbəylini, R.Quliyev onun Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlunu, H.Abdullayev isə Binəqədinin keçmiş bələdiyyə sədrininnamizədliyini müdafiə edəcək.
İlkin məlumatlara görə, yeni yaranacaq partiya sədrliyinə daha çox A.Şakiroğlunun şansı dəyərləndirilir.

Geri qayıt