Əsas Səhifə > Güney Press / Ana xəbər > "Laçın təhsil idarəsi ruhi xəstə olan müəllimlərə dərs saatı verir"

"Laçın təhsil idarəsi ruhi xəstə olan müəllimlərə dərs saatı verir"


15-01-2014, 17:42
"Laçın təhsil idarəsi ruhi xəstə olan müəllimlərə dərs saatı verir"
Son dövrlər Laçın rayonunda baş verən özbaşınalıq və qanunsuzluqlarla bağlı şikayətlərin sayı durmadan artır. Rayon sakinlərinin yerli idarəetmə orqanlarından etdikləri şikayətlər isə demək olar ki, bütün sahələri əhatə edir. Bu gün JAM.AZ-a müraciət edən Laçın rayon Şeylanlı kənd orta məktəbinin müəllimi, Şeylanlı kənd sakini Baxış Baxışov direktor F.Əmirqulyevlə bağlı şikayətlənib.

O bildirib ki, Taxta Körpü ərazisindəki Şeylanlı obasında fəaliyyət göstərən Laçının Şeylanlı kənd 2 nömrəli tam orta məktəbinin direktoru F.Əmirquliyev mövcud qanun və təlimatlara məhəl qoymadan təhsil müəssisəsini öz qanunları ilə idarə edir. Onun sözlərinə görə, Əmirquliyev dərs saatlarını müəllimlərə verərkən onların ixtisasını nəzərə almır. В«Məsələn, o, ibtidai sinif müəllimlərinə tarix, coğrafiya, kimya, riyaziyyat, insan və cəmiyyət, iqtisadiyyatın əsasları, Fizika, Ədəbiyyat və Azərbaycan dili dərslərini tədris etdirir. Bununla yanaşı Təhsil Nazirliyinin mövcud təlimatlarına zidd olaraq qeyri ixtisasları tədris edən müəllimlərə seçmə saatlarıda verilir. Halbuki, mövcud təlim atda göstərilir ki, seçmə saatlar varisçilik hüququ saxlanmaqla yalnız ixtisas müəllimlərinə verilirВ».

Baxış Baxışov qeyd edir ki, F.Əmirquliyev həmdə məktəb şəbəkəsinə Respublikanın ayrı-ayrı rayon və şəhərlərində yaşayan şagirdlərin adını daxil etməklə süni surətdə sinif komplektlərinin sayını artırır. В«Bununla da xeyli dövəlt əmlakı mənimsənilir. Şeylanlı kənd 2 nömrəli tam orta məktəbində dərs deyən müəllimlərdən bəziləri vərəm xəstəliyi ilə 2 qrup pensiya alır. Hətta elə müəllimlər var ki, ruhi əsəb xəstəliyi ilə hərbi xidmətdən azad olunublar. Belə müəllimlərin sagirdlərin içinə buraxılması hansı qanuna uyğundur?В»

Rayon sakini deyir ki, F.Əmirquliyevin qanunsuz əmələrinə Rayon Təhsil və Maliyyə şöbələri də nədənsə göz yumur. В«Bu məktəbdə araşdırma aparılsa görərsiniz ki, dərs bölgüsü, əməkhaqqı cədvəlləri ilə üzləşmir. F.Əmirquliyevin direktor işlədiyi dövrü araşdırılsa küllü miqdarda dövlət əmlakının mənimsənilməsi də aşkar olunar. Məktəbə verilmiş inventar və avadanlıqları, kompyuterləri F.Əmirquliyev dədə malı kimi istifadə edir. Bu gün məktəbdə bir ədəd də olsa kompyuter yoxdur. F.Əmirquliyev Təhsil Nazirliyi tərəfindən müəllim işləməsinə icazə verilməmiş, ruhi xəstəliklə hərbi xidmətdən təxris olunmuş, yoluxucu xəstəliklə pensiya alan müəllimləri işlətməsi yalnız onun öz şəxsi mənafeyini güdməsindən irəli gəlirВ».

Baxış Baxışov sonda tələb edir ki, Təhsil və Maliyyə Nazirlikləri onun iştirakı ilə komissiya yaratmalıdır. Səbəb isə Şeylanlı kənd 2 saytı orta məktəbində baş verən yeyinti halları ilə bağlı əlində ciddi məlumatlar var.

Geri qayıt