Əsas Səhifə > Güney Press > Ermənilər nəyə ümid edir:
Ermənilər nəyə ümid edir:25-01-2023, 16:33 |
"İrəvanın Türkiyədəki seçkilərlə bağlı hansısa strateji xəyallar qurması absurd və yersizdir. Türkiyədə iqtidarda kimin olmasından asılı olmayaraq, Azərbaycana münasibət dəyişməyəcək". DİA.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu erməni revanşistlərin Türkiyədə mayın 14-də keçiriləcək seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanın məğlub olmasına bel bağlaması, hakimiyyətə gələ biləcək yeni qüvvələrin Azərbaycana əvvəlki dəstəyi verməyəcəyi barədə xülyalarına münasibət bildirərkən deyib. "Türkiyədə mayın 14-də keçiriləcək seçkilərdə hansı tərəfin qalib gələcəyilə bağlı indidən proqnoz vermək və hətta ermənilərin bununla bağlı hansısa strateji xəyallar qurması, ümidlər bəsləməsi üçün çox tezdir. Çünki Türkiyədə hazırda kifayət qədər ciddi proseslər gedir. Son rəy sorğuları da onu deməyə əsas verir ki, faktiki olaraq AKP-MHP ittifaqı öndədir. Bu mənada düşünürəm ki, proseslə bağlı qarşıda hələ bir sıra maraqlı məqamların şahidi olacağıq. Ona görə də mövzu ilə bağlı ermənilərin hansısa ümid bəsləmələriyersizdir”, deyə ekspert əlavə edib. Həmsöhbətimiz birmənalı şəkildə bildirib ki, Türkiyədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycana münasibət dəyişməz olaraq qalacaq: "Türkiyə oturuşmuş dövlət idarəçiliyi sisteminə malik bir ölkədir. Bu idarəçilik sistemi isə bölgənin yüz illərdir idarə olunmasına əsaslanan təcrübəyə söykənir. Ona görə də Türkiyədə seçkilərdə hansı qüvvənin qalib gəlməsindən asılı olmayaraq, Ankaranın Azərbaycana münasibəti dəyişməz qalacaq. Eyni zamanda, Türkiyənin Cənubi Qafqaz və bölgə ilə bağlı siyasəti də birmənalıdır. Bu baxımdan, ermənilərin xəyal qurmaları absurd və yersizdir”. Geri qayıt |