Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Xətainin icra başçısına qarşı cinayət işi açıla bilər

Xətainin icra başçısına qarşı cinayət işi açıla bilər


15-01-2014, 17:15
Xətainin icra başçısına qarşı cinayət işi açıla bilər
DİA.AZ: - Keçən günlərdə hakimiyyət korrupsiya ilə mübarizə müstəvisində çox ciddi addımlar atdı. Hər halda, yüksək ranqlı bir hərbi çinovnikin qollarına qandalın vurulması ilk dəfə idi ki, baş verirdi və bu olay iqtidarın korrupsiya ilə bağlı mübarizəni В«yuxarılaraВ» doğru yönəltməsindən xəbər verməkdədir. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, proses həqiqətən də davam və inkişaf etdiriləcək.

Məlumatlı mənbənin redaksiyamıza bildirdiyinə görə, daha bir vəzifəli şəxsin səs-küylü həbsinə tədarük görülür. Xəbəri verən qaynaq iddia edir ki, hədəfdə hazırda Xətai rayonunun icra hakimiyyətinin başçısı postunu tutan Razim Məmmədovdur.

Xatırladaq ki, buna qədər Razim Məmmədovun adı bir çox şübhəli olaylarda hallandırılıb. Eyni zamanda icra başçısının nüfuzlu məmurlardan biri ilə də intriqa içində olduğu, bu səbəbdən hər zaman hədəfdə saxlanıldığı da məlumdur.

Məlumatlara görə, bu dəfə Razim Məmmədova qarşı yüzlərlə vətəndaşın pulunu fırıldaq yolu ilə mənimsəyən В«GENВ» MMC-nin işi ilə bağlı konkret ittihamlar irəli sürüləcək. Mənbənin söylədikləri:

В«Əsasən Xətai rayonu ərazisində inşaat işləri həyata keçirən В«GENВ» MMC ilə bağlı narazılıqlar uzun müddət ölkə gündəmini işğal etdi. Pulları mənimsənilən vətəndaşlar təkcə Prezident Admin6istrasiyasının qarşısında 20-yə yaxın etiraz aksiyası keçirdilər. Təbii ki, bu ajiotajın nəticəsi olmalı idi. Və oldu da.

Birbaşa olaraq В«yuxarıdanВ» verilən təlimata uyğun olaraq fırıldaq nəticəsində pulları əllərindən çıxmış vətəndaşlar razı salındı. Amma bu işdə əsas səbəbkarlardan biri kimi adı hallandırılan Xətainin icra başçısı yaxasını kənara çəkdi. Belə ki, nazirlərdən birinə bu problemin çözülməsi üçün tapşırıq verildiyindən, həmin nüfuzlu məmur da öz növbəsində adı В«GENВ» MMC-nin ortaqlarından biri kimi hallandırılan Razim Məmmədova ziyanın ödənməsində dəstək verməsi üçün müraciət etdi. Amma himayədarlarına güvənən icra başçısı bu təklifdən imtina etdiВ».

Hər zaman sözü geri çevrilən məmurun fürsət gözlədiyini bildirən mənbəmiz iddia edir ki, indi vəziyyət kifayət qədər dəyişdiyindən artıq Razim Məmmədovla haqq-hesab çürüdülməsinə zəmin yaranıb: В«Əslində, Razim Məmmədov hələ В«GENВ» MMC-nin digər nümayəndələrinin həbsi zamanı mühakimə olunmalı idi. Amma mövqyei, vəzifəsi onu belə bir mühakimədən yayındırdı. Bu dəfə yayınması imkansızdırВ».

Məlumatlı mənbə iddia edir ki, icra başçısına qarşı cinayət məcəlləsinin bir neçə maddəsi ilə - vəzifəsindən sui-istifadə, dələduzluq və dövlət əmlakını mənimsəmə maddələri ilə cinayət işinin qaldırılması planlaşdırılır.

Mövzu diqqətimizdədir. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt