Əsas Səhifə > Güney Press / Ana xəbər > Salyanda avtovağzal müdiri özünü В«mafiya babasıВ» elan edib

Salyanda avtovağzal müdiri özünü В«mafiya babasıВ» elan edib


15-01-2014, 12:27
Salyanda avtovağzal müdiri özünü В«mafiya babasıВ» elan edib
Salyan avtovağzalında dözülməz şərait yaranıb. Belə ki, avtovağzalın müdiri Nurəddin Məlikov planı verə bilməyən sürücüləri döyüb-söyür, hətta onların üstünə silah belə çəkir. Ötən ilin iyulunda В«AvtovağzalВ» şadlıq evində qabyuyan işləyən binəva qadını döydüyü üçün vağzalın həyətində Nurəddin Məlikov qadının oğlu tərəfindən bıçaqlanıb. Bundan sonra isə avtovağzal müdiri qadının oğlunun üstünə silah çəkib. İşin içində qanunsuz silah olduğuna görə sonradan həmin məsələ ört-basdır edilib.

Salyan avtovağzalında baş verən qanunsuzluqlarla bağlı adının çəkilməsini istəməyən bir neçə sürücü PİA.AZ-a müraciət edib onlar Salyan avtovağzalında baş alıb gedən В«mafiya qaydalarındanВ» zinhara gəldiklərini bildiriblər. Sürücülərin bildirdiklərinə görə Nurəddin Məlikov avtovağzal ərazisində özünün В«diktaturasınıВ» elan edib. Salyanının hüquq-mühafizə orqanları isə onun bu qanunsuz əməllərinə sadəcə göz yumurlar.

Bildirilir ki, həmişə üstündə silah gəzdirən Nurəddin Məlikov avtovağzal ərazisində terror əsdirir. Belə ki, antisanitariyanının hökm sürdüyü vağzal ərazisinə daxi olmaq üçün bütün maşınlar qapıda pul ödəməlidirlər. Vağzal ərazisi isə bazara çevrilib. Burda fəaliyyət göstərən 150-dən artıq piştaxtanın hər birindən Nurəddin Məlikov 3-4 manat yer pulu alır. Ərazidə fəaliyyət göstərən 30-dan artıq dükan isə Nurəddin Məlikova hər ay 300 manat verirlər. Hər gün isə avtovağzala yüzlərlə maşın daxil olur və avtovağzal ərazisinə keçid üçün 30 qəpik alır. Bakı salyan marşurutuna işləyən taksilər və mikroavtobuslar isə hegemon avtovağzal müdirinə hər gün 4 manat ödəyirlər. Hər gün isə Salyandan Bakıya yüzdən artıq maşın yol alır.

Bu pulları gecikdirən hər kəsi Nurəddin Məlikov adamları ilə döyür, təhqir edir və hətta onların üstünə silah belə çəkir. Bütün bu özbaşınalıqlar isə vağzalda polislərin gözü qarşısında baş verir. Nurəddin Məlikovun qanunusuzluqlarının qarşısını alan tək polis rəisinin isə keçmiş rəis Şahmar Paşayev olduğu bildirilir. Ondan sonra Tağı İbrahimovun adamı kimi tanınan Nurəddin Məlikovun özbaşınalıqlarının qarşısını almaq üçün heç bir polis rəisi heç bir addım atmayıb.

Bildirilir ki, Nurəddin Məlikov avtovağzalın əsas binasını şadlıq evinə çevirib. Rayonunun ən bahalı hadlıq evi olan В«AvtovağzalВ» şadlıq evində axşamlar çal-çağır olsa da, vağzal binası gündüzlər zir-zibil içində batır. Avtovağzalın əsas binasına isə gündüzlər daxil olmaq mümükün deyil. Ancaq toya gələn adamları axşamlar avtovağzal binasına buraxırlar.

Məlumatda bildirilir ki, ötən il iyulun 5-də avtovağzal ərazisində silahlı insident baş verib. Belə ki, В«AvtovağzalВ» şadlıq evində qabyuyan işləyən qadını döydüyünə görə qadının oğlu, 1991-ci il təvəllüdlü Məmmədtağı Əhədağa oğlu Əzizov Nurəddin Məlikovun qolundan bıçaqla xəsarət yetirib. Bundan sonra isə Nurəddin Məlikov gəncin üzərinə silah çəkib. Araya girənlər Nurəddin Məlikovu atəş açmağa imkan verməyiblər və gənci ərazidən uzaqlaşdırıblar. Sonradan polis həmin iişin üstünü ört-basdır edib. Çünki işdə Nurəddin Məlikovun qanunsuz silahı hallanıb.

Məlumata bu linkdən baxa bilərsiniz: http://www.aznews.az/site/?c=news&id=29502

Bundan başqa PİA.AZ-a daxil olan başqa bir məlumatda bildirilir ki, Nurəddin Məlikov Neftçala rayonunda inşa olunan yeni avtovağzala da əl qoymaq niyyətindədir. Belə ki, məlumata əsasən Nurəddin Məlikov Neftçala avtovağzalının müdirinə xəbər yollayaraq bildirib ki, yeni avtovağzal ona tabe olacaq. Çünki Neftçala bir zamanlar Salyan rayonuna aid olub. Nurəddin Məlikov bildirib ki, 60-cı illərdə Neftçala rayonunu Salyandan ayıranlar çox böyük səhvə yol veriblər. Ona görə də yeni avtovağzal ona tabe olmalıdır. Bütün hallarda Neftçala avtovağzalının gəlirlərindən ona faiz verilməlidir. Mənbə bildirir ki, yaranmış münaqişə ilə bağlı Nəqliyyat Nazirliyinə məlumat verilib. Lakin mafiya qaydaları ilə çalışan Nurəddin Məlikov haqqında nazirliyin hansı tədbir görməsi barədə heç bir xəbər yoxdur.

Qeyd edək ki, Nurəddin Məlikov Salyanda komitə sədri Nazim İbrahimovun və məşhur milyarder Hacı İbrahim İbrahimovun qardaşı Tağı İbrahimovun adamı kimi tanınır.

Qarşı tərəfin mövqeyini idərc etməyə hazırıq…

Geri qayıt