Əsas Səhifə > Güney Press, Reklam > “Nar” 2023-cü ildə də sosial yönümlü peşə təlimlərinə davam edir

“Nar” 2023-cü ildə də sosial yönümlü peşə təlimlərinə davam edir


18-01-2023, 14:44
“Nar” 2023-cü ildə də sosial yönümlü peşə təlimlərinə davam edir
DİA.AZ: - “Nar” 2023-cü ildə də nitq və eşitmə məhdudiyyətli insanların həyat keyfiyyətinin yüksəldilməsi
istiqamətindəki layihələrini davam etdirir. Belə ki, mobil operator artıq 4-cü dəfədir ki, “Təlim
Məktəbi” layihəsi çərçivəsində bu gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq üçün peşə
təlimləri təşkil edir.

DİA.AZ bildirir ki, missiya çərçivəsində həmin gənclər üçün əmək bazarında daha çox tələbat
olan manikür ustalığı təlimləri keçirilir.

Ümumilikdə 3 ay davam edəcək layihə müddətində nitq və eşitmə imkanları məhdud olan 15-30
yaş arasındakı 10 gənc iştirak edir. Təlimlərin sonunda isə iştirakçılara Əlilliyi olan şəxslərin Peşə-
əmək Reabilitasiyası Mərkəzi tərəfindən müvafiq sahə üzrə şəhadətnamə təqdim olunacaq. “Təlim
məktəbi” layihəsinin tərəfdaşı “Karlarа Dəstək” İctimai Birliyidir.

Qeyd edək ki, “Nar”ın “Təlim Məktəbi” layihəsi nüfuzlu beynəlxalq müsabiqə olan Eventiada
IPRA Golden World Awards 2019 müsabiqəsində  “KSM üzrə ən yaxşı layihə” nominasiyasında
qalib olub.

Geri qayıt