Əsas Səhifə > Güney Press, Manşet, Reklam > “Türkiyədə nə qədər danışsaq da, konturumuz bitmədi, Azərbaycanda isə…”

“Türkiyədə nə qədər danışsaq da, konturumuz bitmədi, Azərbaycanda isə…”


17-01-2023, 12:22
 “Türkiyədə nə qədər danışsaq da, konturumuz bitmədi, Azərbaycanda isə…”
“Son dövrlər “Azercell” və digər mobil operatorların tarif və ödəmələri ilə bağlı şikayətlər artmaqdadır. Bizdə rabitə, internet sahəsində dövlət büdcəsinə ödəmələr yüksəkdir. Dorğudur, bu, dövlət üçün faydalıdır. Ancaq bunlar mümkün qədər vətəndaşların hesabına edilməməlidir. Xüsusən “Azercell”dən belə şikayətlər gündən-günə artır. Vətəndaşların balansından onlardan xəbərsiz kontur çıxılır, tariflər baha olur, müraciətlər edilir, lakin heç bir tədbir görülmür. Bununla bağlı vətəndaşlar “Azercell”ə nə qədər müraciət etsələr, demək olar, heç bir müsbət nəticə vermir”.

DİA.AZ bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, dünyanın hər yerində danışıq qiymətləri çox aşağıdır: “Adətən mobil operatorlar başlanğıcda bunu nömrə satışında, həmin mobil operatora qoşulanda həll edirlər. Amma bizdə isə bu, çox bahadır. Məsələn, Türkiyədə olanda az qala Türkiyənin o başından bu başına kimi nə qədər danışdıqsa, konturumuz bitmədi. Bizdə isə bahalı danışıq haqqı tez zamanda bitir. İnsanlar buna görə narahat olurlar. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tövsiyə edərdim ki, mobil operatorlarla işləsin, müəyyən müqavilə bağlasın, danışıq xərclərini və digər xidmət xərclərinin azaldılması barədə onlarla razılığa gəlsin. Bu, xalqın xeyrinə olardı. Onsuz da operatorların hədsiz dərəcədə gəlirləri var, Azərbaycanda ən yüksək gəlir götürən təşkilatlardandır. İndiki bahalaşma şəraitində xalqın güzəranı, alıcılıq qabiliyyəti xeyli zəifləyib. Bir yandan da mobil operatorlar bahalıq yaradırlar. Azərbaycan əhalisinin mütləq əksəriyyəti internetdən istifadə etdiyi üçün qiymətlərə yenidən baxsınlar, ucuzlaşdırsınlar ki, əlçatan olsun”.

Geri qayıt