Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Daha iki icra başçısının adı В«qara siyahıВ»da
Daha iki icra başçısının adı В«qara siyahıВ»da14-01-2014, 16:59 |
![]() DİA.AZ: - Məlumdur ki, hakimiyyət bu yaxınlarda bir neçə rayonunun icra hakimiyyətinin başçısını vəzifəsindən azad etməyə tədarük görür. DİA.AZ-a bu arada maraqlı bir informasiya daxil olub. Bildirilənə görə, adları bu günə kimi В«vurulacaqВ» icra başçıları sırasında çəkilən heyətə daha iki rayonun rəhbərinin adı əlavə edilib. Mənbə iddia edir ki, onlardan biri hazırda Şirvan rayonuna rəhbərlik edən Mərdan Camalovdur. Bildirək ki, Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı olan Mərdan Camalovun nəinki В«vurulacağıВ» hətta Bakı şəhər İcra Hakimiyyətinin başçısı postuna gətiriləcəyi söylənilirdi. Yəni son günlərə qədər ortalıqda olan məqam bundan ibarət idi. İndi isə vəziyyətin kifayət qədər dəyişdiyi deyilir. Bunu isə MSN şefi Yavər Camalovun mövqelərinin zəifləməsi ilə əlaqələndirənlər də var. Digər ikinci şok isim isə Qubanın icra başçısı Mübariz Ağayevdir. Xatırladaq ki, Qubadakı məşhur 1 mart üsyanından sonra rayona rəhbər göndərilən Mübariz Ağayev hələ Mingəçevir şəhər icra hakimiyyəti başçısı postunu tutarkən В«hədəfdə olan məmurВ» kimi xarakterizə olunurdu. Lakin sonradan dəyişən vəziyyət Mübariz Ağayevin işinə yaradı. Göyçay-Mingəçevir marşrutu Mübariz Ağayev Qubaya qədər daşıdı. Məlumatlı mənbə iddia edir ki, Mübariz Ağayev bu günlərdə nüfuzlu məmurlardan biri ilə toqquşub: В«Həmin məmurun Qubada istirahət mərkəzi var. Lakin son aylarda başçı tərəfindən həmin istirahət mərkəzinin fəaliyyəti rəsmən məhdudlaşdırılır. Və arada yaranmış nifağın əks-sədası Bakıya qədər ulaşıb. Bunun ardından isə Mübariz Ağayev hədəfə çevrilib ki, prosesin sonucu olaraq onun icra başçısı postundan alınması qərarı verilibВ». Geri qayıt |