Əsas Səhifə > Güney Press / Ana xəbər > Bakı Mədəniyyət və Turizm İdarəsi tibbi kadrlar yetişdirir?
Bakı Mədəniyyət və Turizm İdarəsi tibbi kadrlar yetişdirir?14-01-2014, 15:50 |
![]() Bakının bütün qəsəbələrində və mərkəzində yerləşən kitabxanalar və mədəniyyət evlərində tibb bacısı və ilkin tibbi yardım kursları təşkil olunub. Bu barədə vətəndaşlardan məlumat daxil olub. Həmin məlumatda deyilir ki, sözügedən kursları bitirən şəxslərə şəhadətnamə verilir. Şəhadətnamələrə isə seriya nömrəsini Bakı Mədəniyyət İdarəsi verir. Verilən məlumatlarda deyilir ki, kurslar pulludur və qiymətlərsə fərqli. Belə ki, bu rəqəmlər 25-50 manat arasında dəyişir. Həmin kurs pullarını isə mədəniyyət evləri və ya kitabxana müdirləri tərəfindən yığılır. Onlar da aldıqları pulu birbaşa Bakı Mədəniyyət İdarəsinə aparırlar və orada da bir nəfərə verirlər. Bildirək ki, bu kurslarda hətta 6-7-ci sinifdə oxuyan qızlar da var. Onlara iynə vurmağı öyrədirlər. Hətta bildirilir ki, guya, bu şəhadətnamələrlə xəstəxanalarda işə düzəlmək də olar. Vətəndaşları narahat edən suallar isə belədir: - Mədəniyyət Evlərinin verdiyi bir neçə aylıq təhsil hansı səviyyədə ola bilər? -Ümumiyyətlə, mədəniyyət evlərində və ya kitabxanalarda tibbi kursların açılmasına Səhiyyə Nazirliyi icazə verirmi? - Həmin kursu bitirən şəxslərə verilən şəhadətnamə nazirlik tərəfindən tanınırmı? Qeyd edək ki, bu sualları saytımız vasitəsi ilə biz də Səhiyyə Nazirliyinə ünvanlayırıq. Ümid edirik ki, onlara yaxın vaxtlarda cavab veriləcək. Burada korrupsiya elementlərinin olduğunu düşünürük. Çünki paytaxtın mədəniyyət və turizm sahəsinə nəzarət edən bir qurumun tibbi kadr yetişdirmək kimi bir səlahiyyətinin olduğu və ya buna bənzər səlahiyyətə malikliyi şübhəlidir. Güman etmək olar ki, Bakı Mədəniyyət və Turizm İdarəsi özbaşına belə bir addım ataraq, əlavə qazanc niyyətinə düşüb. Geri qayıt |