Əsas Səhifə > Güney Press / Ana xəbər > Suraxanının icra başçısı yaşıllaşdırma adı altında necə talan edir?
Suraxanının icra başçısı yaşıllaşdırma adı altında necə talan edir?14-01-2014, 15:41 |
![]() Suraxanı rayonundan PİA.AZ daxil olan məlumata görə icra başçısı İlqar Abbasov rayon Yaşıllaşdırma İdarəsi və Mənzil Komunnal Təsərüfat Birliyi vasitəsi ilə hər il dövlət büdcəsindən külli miqdarda vəsaiti mənimsəyir. 2013-cü ildə Suraxanı Mənzil Komunnal Təsərrüfat Birliyinə 720 min manat vəsait ayrılıb. Bu vəsaitin 350 min manatı abadlıq işləri üçün “Dizayn construction” MMC yə kxçürülüb. Yerdə qalan 370 min manat vəsait isə Komunal Təsərüffat birliyi tərəfindən ehtiyat tikinti materiallarının (119 min manat), ehtiyyat hissələrinin (114 min manat) və xsusi geyimlərin (137 min manat) alınmasına xərclənib. Bu xərcləimələrlə bağlı PİA.AZ-a daxil olan iməlumatda bildirilir ki, adı çəkilən birlik ehtiyat hissələrinin və tikinti materiallarının alınması zamanı sənədləşdirmələrdə qiymətlərin şişirdilməsinə şərait yaradaraq ayrılan vəsaitlərin bir hissəsinin mənimsənilməsinə yol verib. Məlumata əsasən Mənzil Komunnal Təsərrüfat Birliyinin rəisi Mais Məmmədov icra başçısı İlqar Abbasova yaxınlığı ilə tanınan şəxsdir və baş verən korrupsiya hallarını məhz icra hakimiyyətinin başçısına arxalanaraq bu işləri həyata keçirib. Qeyd edək ki, Mənzil Komunnal Təsərrüfat Birliyinin nəzdində 74, 62, 63, 68, 103, 104 və 105 Saylı MKİS-lə fəaliiyət göstərirlər. Bu MKİS-lərin fəaliyyətində ciddi korrupsiyaların olduğu və abadlıq və digər işlərin görülməsi sahəsində böyük yeyintilərin olduğu bildirilir. Bildirilir ki, məhz Mais Məmmədov tabeçiliyində olan bu MKİS-lər vasitəsi ilə bir çox qaranlıq “maxinasiyalar” həyata keçirir. Bu maxinasiyalardan biri Komunnal Təsərrüfat Birliyinin rəisi tərəfindən mənzil fondu üzrə gəlirlərin az hesablanmasıdır. Yəni sənədləşdirmədə mənzil fondunun gəliri az hesablansada, realda bu gəlirlər kifayət qədər çoxdur. Hər ay büdcədən oğurlanan on minlərlə manat vəsait birbaşa birlik rəisinə və onun vasitəsi ilə icra başçısı İlqar Abbasova çatır. Məlumatda daha sonra göstərilir ki, keçmiş sahibkar və haxırkı icra başçısı İlqar Abbasovun başqa bir maxinasiyası isə rayon Yaşıllaşdırma İdarəsi ilə bağlıdır. Adı çəkilən idarənin müdiri Bəylər Qurbanov rayon icra hakimiyyəti və Mənzil Komunnal Təsərrüfat Birliyinin rəisi ilə əlbir olaraq hər ay rayona ayrılan on min manatlarla vəsaitini mənimsəyirlər. Məlumatlı şəxs bildirir ki, rayonun yaşıllaşdırılması ilə məşğul olan idarənin əsas maxinasiya mənbəyi əkilmək üçün alınan ağac və gülllərin qiymətlərinin bir neçə dəfə şişirdilməsidir. Əslində ağacların, güllərin alınması üçün bir çox sahibkarlardan ildə bir neçə dəfə pul yığılır və dövlət büdcəsindən ayrılan vəsait isə Bəylər Qurbanovun vasitəsi silinir və birbaşa icra başçısı İlqar Abbasova çatdırlır. Qeyd edək ki, 2012-ci ildə Dövlət Hesablama Palatası illik hesabatında Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyində və başqa idarələrində bir çox qanun pozuntularını aşkar edib və adı çəkilən rayon icra hakimiyyətini cəriməlib. Suraxanının icra başçısı İlqar Abbasovla bağlı PİA.AZ-a daxil olan başqa bir məlumatda isə göstərilir ki, İlqar Abbasov qudası, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyevlə bir çox maliyyə В«maxinasiylarıВ» həyata keçirir. Həmin məlumatları araşdırdıqdan sonra oxucularımızın diqqətinə cəlb edəcəyik. Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |