Əsas Səhifə > Güney Press > "Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə inanmır"

"Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə inanmır"


14-01-2014, 15:20
"Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə inanmır"
"Müdafiə naziri Zakir Həsənovun Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrə xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyətinin tibbi komissiyalar tərəfindən təkrar yoxlanışdan keçməsi ilə bağlı əmri heç bir problem yaratmayacaq."

Bunu SalamNews-a ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərli bildirib.

O deyib ki, bu əmr Zakir Həsənovun özünü sığortalaması üçün imzalanıb: “Çünki bundan əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bəzi rayon və şəhər bölmələrindən xəstə vəziyyətdə orduya çağrılan gənclərin bir neçəsi sonradan dünyalarını dəyişib. Əslində, indiyədək hərbi çağırışçıların hamısı həkim müayinəsindən keçirilir, sonra da onlarla bağlı hansısa qərar verilirdi. Xəstəlikləri olan çağırışçılar isə müalicəyə göndərilirdilərnurdular.”

Onun sözlərinə görə, yeni əmrlə təkrar müayinə zamanı fiziki qüsurları aşkar olunan çağırışçılar geri qaytarılacaqlar. Bu əmrin bir anlamı da ondan ibarətdir ki, Müdafiə Nazirliyi indi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə inanmır. Əgər nazirlik Dövlət Xidmətinin işinə inansaydı, o zaman bu əmrin verilməsinə ehtiyac qalmazdı.

Ü.Cəfərov vurğulayıb ki, yeni əmrdən sonra orduda baş verən nöqsanların və əsgər ölümlərinin qarşısını qismən də olsa, almaq mümkün olacaq.

Xatırladaq ki, müdafiə naziri Zakir Həsənov iki gün bundan əvvəl verdiyi əmrə əsasən, xəstəlikləri aşkar olunan çağırışçılar geri qaytarılacaq, hərbi xidmətə yararlı olanlar isə 3 ay müddətində yeni gəlmiş heyətin döyüş hazırlığı proqramına əsasən gənc əsgərin hazırlığı kurslarında təlim keçəcək. Bu qərar bəzi ekspertlər tərəfindən etirazla qarşılanıb. Bəziləri, bunun hətta Müdafiə Nazirliyi ilə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmət arasında yeni problemlərə yol açacağını bildirirlər.

-

Geri qayıt