Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Kollektiv və müəllim də direktordan narazı deyil, amma..."
Əsas Səhifə > Güney Press > "Kollektiv və müəllim də direktordan narazı deyil, amma..."

"Kollektiv və müəllim də direktordan narazı deyil, amma..."


12-01-2023, 18:14
"Kollektiv və müəllim də direktordan narazı deyil, amma..."
Yanvarın 12-də elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, nazirlik yanında İctimai Şuranın sədri Günel Səfərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin nümayəndələri İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar.

DİA.AZ-ın məlumatına görə, İctimai Şuranın sədri Günel Səfərova Cebhe.info-ya açıqlamasında bildirib ki, direktor isə bir idarəçi kimi müəyyən boşluqlara yol verib:

"Müəllim, direktor və kollektivlə görüşdük. Məktəbin əsaslı və yenidən qurulmasına ehtiyac var. Müəllim aktiv və yenilikcidir. Əlbəəttə ki, dərsə gəlməmək çağırısını qəbul etmək olmasa da, işgüzarlığı, işini görməsi aydın görünür. Direktor isə bir idarəçi kimi müəyyən boşluqlara yol verib. Bu, kollektivin daha yaxşı idarə olunması, münasibətlərin doğru tənzimləməsi kimi və s. Müəllimə töhmət verilməsinin isə video ilə əlaqəsi yoxdur, amma töhmət verilməyə bilərdi. Bunu danışaraq doğru kommunikasiya ilə həll etmək olardı. Biz tövsiyələrimizi verdik, inzibati qərarı nazirlik verəcək. Məktəbdə 3 sanitar qovşağı gördük.

Yenə də məktəb yenidən tikilsə, o zaman infrastruktur həll olunacaq. Bu, münasibətlərin də ideallaşması demək deyil. Ona görə direktora da tövsiyələr verdik. Prosesi regional idarə izləyəcək. Kollektiv və müəllim də direktordan narazı deyil, amma mənim şəxsi müşahidəm onu deyir ki, kollektivlə və kollektiv arası ünsiyyəti direktor qurmalıdır".

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Bundan sonra müəllimə töhmət verildiyi bildirilib.

Geri qayıt