Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Səlim Müslümov nazirlikdə qiyama səbəb olub

Səlim Müslümov nazirlikdə qiyama səbəb olub


13-01-2014, 16:56
Səlim Müslümov nazirlikdə qiyama səbəb olub
DİA.AZ: - Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova qarşı narazılıq baş qaldıra bilər. Bu barədə DİA.AZ-a nazirlikdəki qaynaqlar informasiya verib. Mənbə bildirir ki, nazir postuna keçidindən sonra keçmiş ƏƏSMN şefi Fizuli Ələkbərovun kadrlarını bir-birinin ardından yola salma kursu götürən və hətta onları həbslə belə təhdid edən Səlim Müslümov köhnə heyətdən vəzifə başında qalanların qəzəb hədəfinə çevrilib.

Mənbənin söylədikləri: В«İlk əvvəl hər kəs öz başının hayına qaldı. Yəni hər küs düşündü ki, yeni nazir ona dəyməz. Amma indi vəziyyət kifayət qədər dəyişib. Artıq bir fakt anlaşılandır ki, Səlim Müslümov Fizuli Ələkbərovun heç bir kadrı ilə sonna qədər getmək niyyətində deyil. Hətta ən xırda səlahiyyət sahibini belə hədəfə alıbВ».

Mənbəmiz iddia edir ki, yaranmış situasiya məhz bu üzdən yetərincə gərilib: В«Mətbuatda belə bir xəbər yer aldı ki, Səlim Müslümov Fizuli Ələkbərovun kadrlarından növbətisinə xəbərdarlıq edib və ona bir ay vaxt verib. Bu məlumat doğrudur. Amma say məsələsində əskiklik var. Çünki Səlim Müslümovun adından yeni nazir tərəfindən vəzifəyə gətirilən şəxslər tərəfindən az qala bütün köhnə heyət eyni şəkildə xəbərdarlıq alıb və onlar artıq etiraz etmək zorunda qalıblarВ».

Mənbəmiz bildirir ki, hazırda nazirliyin aparatında çalışan 21 nəfər - ttudğu vəzifəsinin iriliyindən-xırdalığından asılı olmayaraq anoloji xəbərdarlığı alıb: В«Burada pul marağı var və yaxud da baş8qa bir maraq var - hələlik anlaşılmır. Amma faktiki olaraq hamı özünü eyni dərəcədə diskomfort - iynə üstündə oturmuş kimi hiss edir. Ona görə də vəziyyəti naməlum olan işçilər yeni nazirlə görüş tələb ediblərВ».

Mənbəmiz onu da əlavə etdi ki, hələlik В«qiyamçılarınВ» etirazları nazirə çatdırılmayıb: В«Amma bu həftə ƏƏSMN daxilində ciddi qarşıdurma gözlənilir ki, bunun da bədəlini bir kimsə yox, elə Səlim Müslümovun özü - şəxsən ödəmək zorunda qalacaq. Hər halda, ona artıq bir neçə dəfə apardığı В«islahatlarınВ» şiddətini azaltması barədə В«yuxarılardanВ» irad tutulubВ».

Geri qayıt