Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtın baş həkimindən 2 milyon manatlıq maxinasiya

Sumqayıtın baş həkimindən 2 milyon manatlıq maxinasiya


13-01-2014, 15:00
Sumqayıtın baş həkimindən 2 milyon manatlıq maxinasiya
Sumqayıt Şəhər Səhiyyə İdarəsi ilə bağlı olduqca maraqlı məlumatlar üzə çıxıb. Bu idarənin ərzaq məhsullarının satın alınması adı altında həyata keçirdiyi əməliyyatlar nəticəsində, təkcə ötən il 1,85 milyon manata yaxın büdcənin vəsaiti xərclənib.

İlkin mərhələdə bu rəqəmin Sumqayıt kimi bir şəhər üçün elə də böyük olmadığı təəssüratı yaranır. Çünki hazirda sözügedən səhiyyə şöbəsinə 7 xəstəxana, 2 Doğum evi, 5 Dispanser, 3 şəhər poliklinikası, "Kimyaçı" poliklinikasi, 2 Tibbi Sanitar Hissə, 5 uşaq poliklinikası, 2 təsərrüfat hesablı stomatoloji poliklinika, Uşaq stomatoloji poliklinikasi və Uşaq sanatoriyası daxildir. Amma real vəziyyətlə xərclənən pulların arasındakı tərs mütənasiblik ortaya çıxdıqda bu deyilənlərin heç də əbəs olmadığı aydınlaşır.

Amma aparılan araşdırmalar nəticəsində məlum olub ki, təkcə 2012-ci ildə Sumqayıt Şəhər Səhiyyə Şöbəsinə ayrı-ayrılıqda təkcə ərzaq məhsullarının alınması üçün 2 milyon manata yaxın pul ayrılıb. O pulun 451401 manatı "İdeal Təchizat kommersiya 2012" MMC və "Ayan-2012" MMC şirkətləri vasitəsi ilə digər ərzaq məhsullarının satın alınmasına В«sərfВ» olunub.

"Qızıl Torpaq Kəndli-Fermer" MMC-nin yardımı ilə alınmış ət, süd və kənd təsərrüfatı məhsullarına isə 743000 manat В«xərclənibВ». Xəstəxanalara çörək alınması işləri isə fiziki şəxs Ruslan Namazova həvalə edilib ki, bu məqsədlə də 64990 manatın В«başına daş salınıbВ».

Deyilənlərə görə, 2005-ci ilin 30 noyabrından Sumqayıt səhiyyəsinə rəhbərlik edən Ələkbər Tağıyevin tender işlərində böyük səriştəsi var. Belə ki, onun uzun illərdən bəri böyük pullar qazana bildiyi bu işləri də elə yaxın adamları vasitəsi ilə həyata keçirir. 2012-ci ildə 1,85 milyon manatlıq В«ərzaq oyunuВ» isə onun uğurlu В«tapıntıВ»larından sayılır. Təbii ki, Sumqayıt xəstəxanaları üçün ərzaq alınması vacib şərtdir. Lakin indiyə qədər ölkənin ikinci sənaye şəhərindəki tibb ocaqlarında hansı xəstələrə yemək verildiyi müşahidə olunub? İndiyə qədər Sumqayıt xəstəxanalarında müalicə almış və bu məqsədlə palatalara yerləşdirilmiş elə bir şəhər və qeyri-şəhər sakini tapılmadı ki, orada onlara yemək verildiyini təsdiq etsinlər.

Məlumatlarda iddia edilir ki, Ələkbər Tağıyev bu oyunlarda təkbaşına deyil və onun ən əsas dəstəkçisi məhz Sumqayıtın icra başçısı Eldar Əzizovdur. Bu barədə gələn xəbərlərdə vurğulanır ki, şöbə müdiri ilə arası В«sazВ» olan icra başçısı təkcə səhiyyədəki ərzaq oyunlarında deyil, digər tender В«biznesВ»lərində də В«gücləriniВ» sınayırlar.

P.S. Sumqayıt Səhiyyə İdarəsinin 2013-cü ildə həyata keçirdiyi tenderlərlə bağlı araşdırmalarımız davam edir. Proses sonlandığı təqdirdə geniş məlumat veriləcək.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)

Geri qayıt