Əsas Səhifə > Güney Press / Manşet > Londondakı mülkünü satışa çıxaran Vasif Talıbovun Azərbaycandakı varidatı NECƏ OLACAQ?
Londondakı mülkünü satışa çıxaran Vasif Talıbovun Azərbaycandakı varidatı NECƏ OLACAQ?2-01-2023, 12:39 |
|
DİA.AZ: - Yerli KİV-də səslənən iddialardan belə aydın olur ki, Naxçıvanın devrilmiş xanı, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Londondakı 40 milyon funt sterlinq dəyərindəki villası satışa çıxarılıb. DİA.AZ bildirir ki, bu iddialardan sonra ictimaiyyət arasında haqlı sual yaranıb? Bəs talıbovlara məxsus olan, Bakı və Naxçıvandakı villaların aqibəti necə olacaq? Bununla bağlı diaaz.space-a daxil olan informasiyaya görə, Talıbovun maliyyə işlərini həyata keçirən və onlara yaxın qohum olan şəxs (adı açıqlanmır -diaaz.space) hazırda onlara məxsus olan və Bakı və Naxçıvanda yerləşən villaları da satmağa hazırlaşır. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |