Əsas Səhifə > Güney Press / Ana xəbər > Əli İnsanov Bakı İstintaq Təcridxanasına köçürülüb

Əli İnsanov Bakı İstintaq Təcridxanasına köçürülüb


13-01-2014, 12:06
Əli İnsanov Bakı İstintaq Təcridxanasına köçürülüb
Keçmiş səhiyyə naziri Əli İnsanov saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürülüb. Vəkil Toğrul Babayev “Media forum” saytına bildirib ki, köçürülmə yanvarın 11-də həyata keçirilib.

Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvarın 17-də Əli İnsanovun Ali Məhkəmə Plenumunun qərarı ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş iki işinə baxılacaq.

Geri qayıt