Əsas Səhifə > Güney Press / Manşet > Naxçıvan polisində ALAYARIMÇIQ İSLAHAT...

Naxçıvan polisində ALAYARIMÇIQ İSLAHAT...


29-12-2022, 17:48
Naxçıvan polisində ALAYARIMÇIQ İSLAHAT...
Naxçıvana yeni polis şefinin təyinatı ilə bağlı bir neçə nüans diqqətimi çəkdi.
1. Digər strukturlardan fərqli olaraq Naxçıvan MR DİN ləğv edilib, yerinə Baş İdarə yaradılmadı.
2. Yeni nazirin təyinatı ölkə rəhbəri İlham Əliyev tərəfindən yox, reputasiyası Vasif xandan çox da fərqlənməyən Azər Zeynalov tərəfinfən edildi.
3. Yeni Nax. MR DİN naziri Süleyman Əsgər oğlu Neymətovun özü də yaxşı reputasiyaya malik biri deyil. Azərbaycan ictimaiyyəti bu adamı kobud davranışları ilə yaxından tanıyır.
Açığı, bu təyinatın İlham Əliyevin Naxçıvanda apardığı islahatlara nə qədər dəxli olub-olmadığı bəzi suallar doğurur. Mümkündür ki, MR DİN-də İlham Əliyevin düşündüyü əsl struktur və kadr islahatları hələ aparılmayıb və yaxın günlərdə yeni sürpriz qərarlarla qarşılaşa bilərik.
Heydər OĞUZ - DİA.AZ

Geri qayıt