Əsas Səhifə > Güney Press / Ana xəbər > Sumqayıtda böhranlı vəziyyət

Sumqayıtda böhranlı vəziyyət


11-01-2014, 18:16
Sumqayıtda böhranlı vəziyyət
“Cavid” və “Sumqayıt” Ticarət Mərkəzlərinin sahibi, sabiq millət vəkili Nizami İsgəndərov arendatorların üzərinə yeni haqq qoyub. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, hələlik istilik haqqı 5 manat məbləğində müəyyənləşdirilib: “İş adamı bir müddət bundan öncə ticarət mərkəzlərində nəhəng kondisionerlər yerləşdirdi ki, həmin vaxt məlum yeniliyə görə arendatorlardan hər hansı haqqın tələb edilməməsi sahibkarların maraq və çaşqınlığına səbəb oldu. Lakin bugünlərdə bəlli olub ki, iş adamının bir qədər əvvəlki susqunluğu heç də təsadüfi deyilmiş. Belə ki, bugünlərdə arendatorlara elan edilib ki, bundan sonra istilik haqqı olaraq hər bir mağaza sahibindən 5 manat məbləğində pul tutulacaq. Istilik haqqı ödəməkdən imtina edən və ya vaxtında ödəniş edə bilməyən mağza sahiblərinin fəaliyyətinin isə dondurulacağı gözlənilir”.
Geri qayıt