Əsas Səhifə > Güney Press / Ana xəbər > Banklar zaminsiz və arayışsız kreditləşməni dayandırdı

Banklar zaminsiz və arayışsız kreditləşməni dayandırdı


11-01-2014, 17:35
Banklar zaminsiz və arayışsız kreditləşməni dayandırdı
Azərbaycanın bank bazarında maraqlı hal yaşanıb. Uzun müddət müştəri uğrunda mübarizə aparan banklar sonunda hətta zaminsiz və arayışsız da kreditlər verməyə başlamışdılar. Səbəb isə daimi iş yeri olmayan, eləcə də aşağı əmək haqqı çalışan insanları banklara cəlb etmək idi.
Ancaq bu proses təzə başlayanda ekspertlər bunun banklara baha başa gələcəyini deyirdilər. Sığorta olunmayan, qaytarılacağına zəmanət olmayan kreditlərin həcminin artması artıq bankları fəqrli addım atmağa vadar edib.
Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, dünəndən etibarən ölkənin bütün banklarında arayışsız və zaminsiz kredit verilişi dayandırılıb. Bankların birinin əməkdaşından aldığımız məlumata görə, banklar indiyə qədər verdikləri kreditləri almaqda çox ciddi problemlərlə üzləşiblər. Əksər banklar isə hətta maliyyə böhranı ilə üzləşib. Mənbə bu qərarın qeyri-rəsmi verildiyini də söylədi.
Bankların bu addımının isə daimi və ya müvəqqəti olacağı məlum deyil. Məlumata görə, çox güman ki, yaxın zamanlarda zaminsiz və arayışsız kredit verilməsini gözləməyə dəyməz.
Bununla bağlı bir neçə bankla əlaqə saxlayıb rəsmi açıqlama almaq cəhdlərimiz isə boşa çıxdı. Ya mətbuatdan olduğumuzu bildikdən sonra dəstəyi asdılar, ya da sualı dinləsələr də, “biz cavab verə bilmərik” dedilər.

Geri qayıt