Əsas Səhifə > Güney Press / Ana xəbər > İman Nağıyev Ali Məhkəmə sədrliyinə iddialıdır?
İman Nağıyev Ali Məhkəmə sədrliyinə iddialıdır?11-01-2014, 14:11 |
![]() Bir müddət əvvəl Bakı Apelasiya Məhkəməsində sədr İman Nağıyevlə məhkəmə hakimləri arasında qarşıdurma yaranması haqqında mətbuatda müxtəlif məlumatlar dərc olunmuşdu. Həmin məlumatlarda göstərilirdi ki, İman Nağıyevin Bakı Apellyasiya Məhkəməsində dözülməz şərait yaradıb və Bakı Apellyasiya Məhkəməsinin sədri hakimlərə qarşı davamlı təzyiqlər edir, onlardan ədalətsiz qərarlar çıxarılmasını tələb edir. Həmçinin dərc olunan məlumatlarda qeyd olunurdu ki, elə hakimlər var ki, onların səlahiyyəi müddəti bitsə də, İman Nağıyev qeyri-qanuni olaraq əsas prossesləri bu səlahiyyətsiz hakimlərə tapşırır. Bununlada sədr ölkə qanunvericiliyini vecinə almadığını açıq-aşkar nümayiş etdirməsi səbəbindən Bakı Apellyasiya Məhkəməsində hakimlər arasında qarşıdurma yarandığı vurğulanırdı. Bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsində baş verənlərlə bağlı PİA.AZ-a əlavə məlumatlar daxil olub. Həmin məlumatlara əsasən İman Nağıyev həqiqətən də Bakı Apellyasiya Məhkəməsində ayrı-seçkilik yaradıb. Bütün məhkəmə prooseslərini öz əlində cəmləyən sədr bir qayda olaraq əhəmiyyətli prssesləri öz alamlarına tapşırır və bununlada digər hakimləri çıxdaş edir. Məlumatda göstərilir ki, bütün bunların arxasında sədrin öz maraqları dayanır. Özünə bağlı olan hakimlərə В«yağlı qazancВ» yeri açan sədr bu yolla həm özü qazanır, həm də bütün prossesləri öz nəzarətində saxlaya bilir. В«QazancdanВ» mərhum olan digər hakimlər isə təbii olaraq məhkəmə sədrinə üsyan püskürürlər. Bildirilir ki, Bakı Apellyasiya Məhkəməsində İman Nağıyev özünə ciddi sayılacaq В«biznesВ» qura bilib. Belə ki, 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsində təqribən 8300 məhkəmə prossesi keçirilib. Məlumata əsasən bunlardan 2000-dən artıq məhkəmə prosses В«tapşırıqlıВ» olduğundan İman Nağıyev həmin prossesləri В«asiВ» hakimlərə tapşırıb və daha sonra isə В«yuxarıdan tapşırıqdırВ», deyərək hakimlərdən tələb olunan qərarların qəbul olunmasını tələb edib. Hakimlər isə tabe olmağa məcbur olublar. İman Nağıyev qalan 6000-dən artıq işi öz В«hakimlərinəВ» tapşırıb. İddiaya əsasən bu prosseslərin hər birinə görə sədr В«30 faiziniВ» alıb. Ümumilikdə isə məslumata əsasən ötən il Bakı Apellyasiya Məhkəməsinin sədrinin gəliri yarım milyon manatın üzərində olub. Qeyd olunur ki, artıq kifayət qədər varlanan İman Nağıyev yerini dəyişməyə can atır. Onun yeni hədəfi isə Ali Məhkəməyə sədr təyinatı almaqdır. Elə bu məqsədlə də İman Nağıyevin hakimiyyətdə yüksək mövqeyə sahib olan şəxslərdən biri ilə danışıqlar apardığı bildirilir. Buna baxmayaraq İman Nağıyevə qəti söz verilmədiyi bildirilir. Bundan başqa məlumatda o da göstərilir ki, İman Nağıyevin oğlu Heydər Nağıyev yeni il ərəfəsində polisə müqavimət gösrədiyinə görə Moldaviyada gündəmə gəlib. Qalmaqal sonradan yatızdırılıb və məsələyə Moldavadakı diplomatik korpusumuzqarışıb. Qeyd edək ki, İman Nağıyevin oğlu Heydər Nağıyev Azərbaycan Respublikasının Xorvatiyadakı səfirliyndə 3-cü katib vəzifəsində çalışır. Eyni zamanda Heydər Nağıyev Moldaviya vətəndaşı ilə evlidir və atası İman Nağıyevin Moldaviyadakı geniş biznesini də idarə edir. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |