Əsas Səhifə > Güney Press / Manşet > EH GİDİ DÜNYA..: Talıbova aid keçmiş BELƏ SİLİNİR...
EH GİDİ DÜNYA..: Talıbova aid keçmiş BELƏ SİLİNİR...22-12-2022, 16:37 |
|
Naxçıvan Ali Məclisinin rəsmi qəzeti "Şərq Qapısı" Vasif Talıbovla bağlı xəbərləri internet səhifəsindən silməyə başlayıb. Hazırda onunla bağlı ən son xəbər 17 uyul 2022-ci ilə aiddir. Halbuki, ən son 12 dekabrda onun adı çəkilən, şəkli olan yazı dünənə kimi saytda qalırdı. Həmin yazı və foto Vasif Talıbov və yerli məmurların Heydər Əliyevin abidəsini ziyarət ilə bağlı idi. Bu yazıdan Vasif Talıbovun adı və şəkilləri artıq çıxarılıb. 27 il Naxçıvana rəhbərlik edən Vasif Talıbov, dünən Naxçıvan Ali Məclis sədri vəzifəsindən istefa verib. Onun bu istefaya məcbur edildiyi bildirilir. Məlumatlara görə, Talıbovlar ailəsi uzun illər ərzində qaçaqmalçılıq, büdcə talanması və başqa qanunsuzluqlarla on milyardlarla manat vəsait əldə edib. Ailənin bu varidatının bir qisminin artıq əllərindən alındığı, digər qisminin alınması üçün isə işlərin getdiyi bildirilir. Geri qayıt |